Demokrat qanunvericilər USAID-in maliyyəsinin dondurulmasının geri döndürülməsi mümkün olmayan ziyana səbəb ola biləcəyindən narahatdırlar
ABŞ-da Demokrat qanunvericilər çərşənbə axşamı deyib ki, Tramp administrasiyanın ABŞ-ın xarici yardımını dayandırması Amerikanın təhlükəsizliyinə və xaricdəki mövqeyinə daimi ziyan vura bilər. Respublikaçılar isə bildirir ki, ABŞ-ın Xarici İnkişaf Agetliyininin proqramlarının nəzərdən keçirilməsi israfçılıq və fırıldaqçılıqla mübarizə aparmaq üçün zəruridir.

ABŞ-ın xarici yardım proqramları nəzərdən keçirildiyi bir vaxtda, dünya boyu qeyri-müəyyənılik mövcuddur.

“Biz onilliklər ərzində əldə etdiyimiz
təcrübə və düşüncəmizi, dərin əlaqələrimizi, Yer kürəsinin bəzi ən təhlükəli və uzaq yerlərində təsirli müdaxilələrimizi itiririk və bizimlə açıq şəkildə həmrəylik edərək öz icmalarında və ölkələrindəki yerlərini riskə atmış tərəfdaşlara xəyanət edirik,”
- Demokrat senator Kris Kuns deyib.

Mütəxəssislər çərşənbə günü panel müzakirəsi zaman qanunvericilərə, xarici yardımın ABŞ büdcəsinin bir faizindən azını təşkil etdiyi deyiblər və israfçılıqla bağlı iddialara etiraz ediblər.

“USAID İlon Maskın başçılığı etdiyi və Birləşmiş Ştatların prezidenti tərəfindən gücləndirilmiş razılaşdırılmış dezinformasiya kampaniyasının hədəfinə çevirlib. Onlar, missiyası Amerikanın dünyada maraqlarını inkişaf etdirmək üçün mühüm olan bir agentliyə böhtan atmaq üçün yalanlardan istifadə edirlər,” - Refugees International-dan Ceremi Konidik bildirib.

Respublikaçılar milyarder İlon Maskın başçılıq etdiyi Hökumətin Səmərəliliyi Departamenti, və ya DOGE-in gördüyü işi müdafiə edərək, deyiblər ki, fırıldaqçılıq və ifratçılığın qarşısını almaq səyləri çoxdan aparılmalı idi.

“USAID bizim hamımızı məyus edən bir agentlikdir. Mən burada olduğum müddət ərzində yumşaq gücü müdafiə etmişəm və gördüklərim ürəyimi bulandırır,” - Respublikaçı senator Lindsi Qraham deyib.

Tramp administrasiyası bəzi yardım proqramlarının davam etməsinə imkan verən istisnalar verib, baxmayaraq ki, Demokrat senatorlar çərşənbə gününü bunu sual ediblər.

“Biz ora gedib, təsadüfi bir şəkildə iş görmürük. Xeyr, bu, idarə rəhbərləri ilə əməkdaşlıq çərçivəsində edilir və mən müntəzəm olaraq prezidentlə yoxlayıram ki, əmin olum ki, prezident bunun olmasını istəyir,” - İlon Mask deyib.

İnkişafa yardım proqramları Birləşmiş Ştatlarda 10 mindən çox iş yerini dəstəkləyir. USAID-nin birdən-birə işçsiz qalan minlərlə işçisindən biri deyir ki, ABŞ-ın yardımının müvəqqəti olaraq belə dayandırılasının təsirləri uzunmüddəlti olacaq.

“Biz insanları Amerikaya hörmət etməyə məcbur etməklə və ya insanlara müəyyən dəyərlərə malik olmalarını deməklə deyil, onlara ehtiyac duyduqları şəkildə dəstək verməklə işləyirik,” - USAID-nin məcburi məzuniyyətə göndərilən işçisi Mieka deyib.

ABŞ podratçıları və qeyri-hökumət təşkilatları USAID pullarını dondurduğuna görə Tramp administrasiyasını məhkəməyə verir və bunun prezident səlahiyyətlərindən Konstitusiyaya zidd istifadə olduğunu deyir. Respublikaçılar isə Trampın sadəcə olaraq öz səlahiyyətindən istifadə etdiyini deyir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google