ISET tədqiqat institutunun hazırladığı araşdırmaya görə, dövlət
sosial yardım proqramları 2024-cü il parlament seçkilərinin
nəticələrinə təsir göstərib.
Daha dəqiq desək, sosial yardım alanların əhalidə xüsusi çəkisinin
bir faiz bəndi artması “Gürcü arzusu”nun aldığı səslərin payının
0,47-0,53 faiz bəndi artmasına səbəb olub. Seçkilərin ümumi
kontekstini və nəticələrini nəzərə alsaq, güman edə bilərik ki,
ünvanlı sosial yardım proqramlarının
genişləndirilməsi “Gürcü
arzusu”na əlavə 45,500-50,000 səs gətirmiş ola bilər ki, bu da
ümumi səslərin 2,2-2,5%-ni təşkil edir.
"Nəticələr sosial yardım proqramlarının potensial
strateji siyasi silah kimi istifadəsi ilə bağlı kritik suallar
doğurur”, - tədqiqatda deyilir.
Ölkədə həyata keçirilən ən mühüm ünvanlı sosial yardım
proqramlarından biri də ifrat yoxsulluq şəraitində yaşayan ailələrə
maddi yardım göstərmək məqsədi daşıyan dövlət yaşayış müavinəti
proqramıdır. 2020-ci ilin oktyabrına (əvvəlki parlament
seçkilərinin tarixi) Gürcüstanda 142 870 ailə və ya 510 343 nəfər
sosial yardım alıb.
Növbəti dörd il ərzində, yəni 2024-cü il parlament seçkilərinə
qədər sosial müavinətlərin aylıq məbləği xeyli artıb. 2024-cü ilin
oktyabr ayına yardım alan ailələrin sayı 25% artaraq 178 107
ailəyə, fərdi yardım alanların sayı isə 34% artaraq 684 432 nəfərə
çatıb. Ən nəzərəçarpacaq artım sosial yardımın ümumi aylıq
məbləğində müşahidə olunub ki, bu da 143% artaraq 69 936 512 lari
olub ki, bu da orta illik 25% artıma uyğundur.
2022-ci ildə 18 yaşdan pensiya yaşına qədər olan, əlil olmayan və
səhhətində ciddi problemi olmayan sosial yardım alanlar üçün
əhəmiyyətli dəyişiklik qüvvəyə minib. Bu dəyişiklik əsasən dövlət
sektorunda aylıq 300 lariyə qədər əmək haqqı ilə benefisiarların
məşğulluq imkanlarını nəzərdə tutur.
Məşğulluq vəziyyətində, alınan əmək haqqı faydalanan şəxsin aldığı
sosial yardımın məbləğinə təsir göstərmir. Məşğulluq proqramının
iştirakçıları dövlət sektorunda işlə təmin olunmaq, qeyri-rəsmi
məşğulluğu rəsmiləşdirmək və ya özəl sektorda işə götürüldükdə
müvafiq sənədləri təqdim etmək imkanına malikdirlər. Qeyd edək ki,
məşğulluq proqramında iştirak edən ailələrə və fərdlərə bu müddət
ərzində sosial vəziyyətinə baxılmayacağından dörd il müddətində
yaşayış müavinəti almağa zəmanət verilir. 2024-cü ilin oktyabr
ayına olan məlumata görə, məşğulluq proqramında 50 962 ailə iştirak
edir ki, bu da sosial yardım alan ailələrin 28,6 faizini təşkil
edir. Bu ailələrə aylıq sosial yardım 22 766 706 lari təşkil edib
ki, bu da göstərilən ümumi sosial yardımın 33 faizini təşkil
edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415