Ermənistana rus qazının Gürcüstan vasitəsilə tədarükü müvəqqəti dayandırılıb
Rusiyadan Ermənistana Gürcüstan vasitəsilə təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılıb. Bu barədə məlumat “Qazprom Ermənistan”ın rəsmi saytında yayımlanıb.

Şirkətin məlumatına görə, qazın tədarükünün dayandırılmasının səbəbi Gürcüstan ərazisindəki "Qazax-Saquramo" magistral qaz kəmərinin bir hissəsində aparılan bərpa işləridir.

"18 mart saat 09:00-dan 18:00-a qədər Gürcüstan ərazisində yerləşən 'Şimali Qafqaz – Cənubi Qafqaz' magistral qaz kəmərinin 'Qazax-Saquramo' hissəsində təcili bərpa
işləri aparılacaq. Bu səbəbdən Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq",
– deyə "Qazprom Ermənistan"ın yaydığı bəyanatda bildirilir.

Şirkət əlavə edib ki, Rusiyadan qaz tədarükünün məhdudlaşdırıldığı müddətdə Ermənistanın istehlakçıları daxili ehtiyatlar və İrandan əlavə qaz tədarükü hesabına fasiləsiz təmin ediləcək.

"Qazprom Ermənistan" səhmdar cəmiyyəti, Rusiyanın "Qazprom" enerji holdinqinin 100%-lik törəmə şirkətidir və Ermənistana Rusiya qazını Gürcüstan vasitəsilə tədarük edir.

Mənbə: BM

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google