Marneuli bələdiyyəsi 26 May küçəsində səkinin tikintisinə 2 308 312
lari xərcləməyi planlaşdırır.
Marneuli bələdiyyəsi 17 martda mərkəzi meydandan “Yenə də
böyüyəcəklər” parkına qədər olan səkilərin qurulması üçün tender
elan edib.
“Layihdə qeyd olunduğuna görə piyada səkilərinin ümumi
uzunluğu (mövcud yolun hər iki tərəfində) 4 223 metrdir. Layihə
sahəsində səkilərin mövcud örtüyü müxtəlifdir (qum örtüyü, asfalt
beton, plitələr). Mövcud səkilərdə uzun müddət təmir işləri
aparılmayıb, buna görə də həm səkilərin hərəkət hissəsi, həm də
bordyurlar zədələnib. Həmçinin, fiziki imkanları məhdud şəxslərin
istifadə etməsi üçün uyğun panduslar quraşdırılmayıb və
s.”, – layihə təklifində qeyd olunub.
Marneuli bələdiyyəsi tərəfindən elan olunmuş tender layihəsində
qeyd olunur ki, layihənin məqsədi mövcud cığır və səkilərin
təmiridir. Layihədə yeni bordyurların, böyük bordyurların, həmçinin
pandusların qurulmasını nəzərdə tutulur. Layihəyə əsasən, səkilər
fiziki imkanları məhdud şəxslərin istifadəsi üçün
uyğunlaşdırılmalıdır.
Marneuli şəhərində 26 May küçəsində səkinin qurulması üçün elan
edilmiş tenderdə iştirak etmək istəyən şəxslər 2 apreldən 7 aprelə
qədər müraciət edə bilərlər. Tender təklifinə əsasən, qalib şirkət
işləri müqavilənin bağlanmasından sonra 450 gün ərzində
tamamlamalıdır.
Layihənin həyata keçirilməsi üçün 2 308 312 lari ayrılıb. Bu məbləğ
tamamilə Marneuli bələdiyyəsinin yerli büdcəsindən xərclənəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415