Stiker yapışdırma işi ilə bağlı Mzia Amağlobeli 2 000 lari cərimə olunub
Batumidə Şəhər Məhkəməsi Mzia Amağlobelini inzibati hüquq pozuntusunda təqsirli bilib və ona 2 000 lari məbləğində cərimə təyin edib.

Qərarı hakim Salix Şainidze elan edib.

Bu iş üzrə 13 mart tarixində keçirilən məhkəmə iclasında hakim təqdim olunan faktların həqiqiliyini təsdiqləyib. Məsələn, videokadrlar sübut edir ki, Mzia Amağlobelini Acarıstan Polis Departamentinin rəhbəri Qriqol Beselia şəxsən saxlayıb.
Halbuki, rəsmi saxlanma protokoluna əsasən, onu başqa bir polis əməkdaşı – Qoça Vandadze həbs edib.

Məhkəmə həmçinin Batumi polis rəisi İrakli Dqebuadzenin səsinin eşidildiyi videonu da mübahisəsiz sübut kimi qəbul edib. Həmin videoda Dgebuadze Mzianın inzibati pozuntu məcəlləsinin 150-ci maddəsi ilə – stiker yapışdırdığına görə saxlanıldığını deyir. Lakin saxtalaşdırılmış saxlanma protokolunda onun 173-cü maddə ilə – polis əməkdaşlarını təhqir etdiyinə görə həbs edildiyi göstərilir.

Mzia Amağlobelinin vəkili, Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının rəhbəri Nona Kurdovanidzenin sözlərinə görə, hakim əvvəlcə ədalətli qərar verəcəyini göstərməyə çalışıb, amma nəticə sistemin istədiyi kimi olub.

"Bu işdə Mzianın hər hansı hüquq pozuntusu etdiyini sübut edən heç bir dəlil yoxdur. DİN həm saxlanma, həm də inzibati pozuntu protokolunu saxtalaşdırıb. Məhkəmədə dindirilən polis yalan ifadə verib. Prosesdə təqdim olunan videolar Mzianın saxlanılmasından 2 saat sonra çəkilib, yəni o anlar real hadisələrin sübutu kimi istifadə oluna bilməz", – deyə vəkil bildirib. O əlavə edib ki, bu iş Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunacaq.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google