Bu gün səhər Tbilisidə, Qldanidə baş verən qətl hadisəsi ilə
bağlı bir nəfər saxlanılıb.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi
(qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb.
Məlumata görə, hadisə yaşayış binasının 12-ci mərtəbəsində, qətlə
yetirilən şəxsin mənzilində baş verib.