Kavelaşvili Zurabişvilinin sərəncamını ləğv edib və Manuçar Kakoçaşvilini Ədliyyə Ali Şurasının üzvü təyin edib

"Gürcü Arzusu"nun prezidenti Mixeil Kavelaşvili Salome Zurabişvilinin Kaxa Tsikarişvilinin Ədliyyə Ali Şurasının üzvü təyin edilməsi haqqında sərəncamını ləğv edib və bu vəzifəyə 4 il müddətinə Manuçar Kakoçaşvilini təyin edib.


Manuçar Kakoçaşvili Kaxa Tsikarishvilinin təyinatını Tbilisi Şəhər Məhkəməsində mübahisələndirən namizəd idi.

Kavelaşvilinin ofisinin yaydığı açıqlamaya görə, iş materiallarının tam öyrənilməsindən sonra Kaxa Tsikarişvilinin Ədliyyə Ali Şurasının üzvü
təyin olunmasının qanunvericiliklə nəzərdə tutulmuş prosedur pozuntuları ilə həyata keçirildiyi açıq şəkildə müəyyən edilib. Bu səbəbdən məhkəmə Manuçar Kakoçaşvilinin iddiasını təmin edib. Namizədlərlə müsahibə aparıldıqdan sonra və onların haqqında tam məlumat əldə edildikdən sonra, prezident öz səlahiyyətləri çərçivəsində Manuçar Kakoçaşvilinin Ədliyyə Ali Şurasının üzvü təyin olunması barədə qərar qəbul edib.

Kaxa Tsikarişvili Ədliyyə Ali Şurasının hakim olmayan üzvü vəzifəsinə 15 iyul tarixində prezident Salome Zurabişvili tərəfindən təyin edilmişdi. Şura üzvlüyünə namizədlərlə müsahibə aparan xüsusi komissiya prezidentə iki namizəd – Tsikarişvili və Qiorqi Burcanadzeni təqdim etmişdi. Prezident seçimini Tsikarişvilinin üzərində saxlamışdı.

Lakin Tsikarişvilinin təyinatından qısa müddət sonra, Manuçar Kakoçaşvili məhkəməyə müraciət edərək bu təyinatın ləğvini və onun yerinə özünün təyin edilməsini tələb etdi. Bundan əlavə, məhkəmə prosesinin başa çatmasına qədər yeni müsabiqənin keçirilməsinin və başqa bir namizədin (özündən başqa) təyin edilməsinin qadağan olunmasını istədi.

Tbilisi Şəhər Məhkəməsinin inzibati işlər kollegiyası 22 iyulda Kakoçaşvilinin tələbini təmin edib. Həmin gün Kaxa Tsikarişvili Ədliyyə Ali Şurasının üzvü kimi fəaliyyətə başlamalı idi.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google