Gənc Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, 2024-cü
ilin noyabrından 2025-ci ilin 18 martına qədər,
aksiyalarda iştirak edənlərə yolların təsadüfi bağlanmasına görə
tətbiq olunan cərimələrin ümumi miqdarı 2 milyon lariyə çatıb.
Assosiasiya qeyd edir ki, bu məsələlərdə polis şəxsiyyət tanıyan
kameraları istifadə edir.
"Adətən, bu cür işlərdə yeganə sübut şəxsiyyət tanıyan
kameralar tərəfindən çəkilən fotoşəkillər olur və bunlar, adətən,
müvafiq kontekstdən asılı olmayaraq, şəxsin hüquq pozuntusu olaraq
tanınması üçün məhkəmə tərəfindən kifayət qədər sübut sayılır.
Spontan toplaşmalar zamanı yolların bağlanması üçün iştirakçılara
cərimə tətbiq etmək, toplaşma və ifadə azadlığı hüququnun ciddi
pozulmasıdır", - deyə Assosiasiya bildirib.
"Gürcü Arzusu" hökuməti, inzibati hüquq pozuntuları haqqında
qanunun 174¹-ci maddəsində dəyişikliklər edərək, nümayişlər zamanı
yolların spontan bağlanması üçün cəriməni 10 dəfə, 500 laridən 5000
lariyə qədər artırıb.