“Gürcü Arzusu” narkotik cinayətləri ilə bağlı qanun layihəsini ilk oxunuşda qəbul edib

83 lehinə, 0 əleyhinə – “Gürcü Arzusu” ilk oxunuşda narkotik cinayətləri ilə bağlı qanun layihəsini qəbul edib və bununla da Gürcüstanın Cinayət Məcəlləsində narkotiklərlə bağlı maddələri yenidən sərtləşdirib.



Qanun layihəsini Parlamentdə “Gürcü Arzusu”nun deputatı Arçil Qorduladze təqdim edib.

Müzakirə zamanı ən çox sual “məcburi müalicə” məsələsi ilə bağlı olub. Psevdo-müxalifət “Xalqın Gücü” hərəkatının üzvü Eka Sepaşvili bu
metodun məqsədəuyğunluğunu şübhə altına alıb, Dimitri Xundadze isə termin dəyişiklikləri təklif edərək onu “istəksiz müalicə” adlandırıb.

Arçil Qorduladze və Mamuka Mdinaradze izah ediblər ki, hansı hallarda məhkəmə məcburi müalicə təyin edə bilər:

“Məcburi müalicə yalnız məhkəmənin səlahiyyətləri çərçivəsində təyin ediləcək, əgər şəxs cinayət törədibsə və cinayət məsuliyyəti ilə yanaşı, məcburi müalicə də əlavə cəza kimi tətbiq olunacaq.

Məsələn, Cinayət Məcəlləsinin 273-cü maddəsinə əsasən, şəxs təkrar narkotik maddə qəbul edibsə və məhkəmə ekspertiza rəyi və digər sübutlar əsasında onun məcburi müalicəyə ehtiyacı olduğunu müəyyən edibsə, bu, tətbiq ediləcək.

Əgər şəxs narkotik əldə etmə, saxlama və s. cinayətlərdə təqsirli bilinməyibsə, ancaq ekspertiza onun narkotik istifadəçisi olduğunu və ağır xəstəlikdən əziyyət çəkdiyini göstəribsə, məhkəmə bu halda da məcburi müalicəni əlavə cəza kimi tətbiq edə bilər,”
– Mamuka Mdinaradze bildirib.

Arçil Qorduladze isə əlavə edib:

“Bəli, cənab Mamuka, məhz belədir. Yalnız cinayət törədildikdə məhkəmə səlahiyyət çərçivəsində 273-cü, 260-cı və digər müvafiq maddələrlə bağlı qərar verə bilər. Bu yalnız narkotik istifadəçilərinə aid olacaq və əlavə cəza kimi məcburi müalicə tətbiq ediləcək.”


Bu dəyişikliklər hələlik Cinayət Məcəlləsinə daxil edilməyib.

“Gürcü Arzusu” narkotik siyasətində sistemli islahatlar əvəzinə, Cinayət Məcəlləsində narkotiklərlə bağlı maddələri sərtləşdirir.

Bu yanaşma təkcə narkotik saxlama və satışı ilə bağlı deyil, həm də narkotik istifadəçilərinə qarşı sərtləşdirilir.

Az miqdarda narkotik saxlama və ya istifadəyə görə cərimələr və inzibati həbs müddəti artırılır. Narkotestdən iki dəfə imtina etmək artıq cinayət sayılır. Həmçinin vətəndaş hüquqlarının məhdudlaşdırılması ilə bağlı qaydalar sərtləşdirilir.

Müalicəvi-reabilitasiya proqramlarının təkmilləşdirilməsi və genişləndirilməsi, zərərin azaldılması proqramlarının dəstəklənməsi, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi, erkən xəbərdarlıq sisteminin tətbiqi, psixiatrik və narkoloji problemləri olan şəxslərin koordinasiyalı idarə edilməsi, istifadəçilər üçün humanist hüquqi mühitin yaradılması – bunlar illərdir sahə mütəxəssisləri və ictimai təşkilatlar tərəfindən qaldırılan problemlərdir.

 

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google