"Güclü Gürcüstan"ın Marneuli qərargahında Novruz Bayramı münasibətilə tədbir keçirildi (FOTO/VİDEO)
16:05 / 20.03.2025
Bu gün, 20 mart tarixində "Güclü Gürcüstan"ın Marneuli qərargahında
Novruz Bayramı münasibətilə tədbir keçirildi.
Tədbirdə partiyanın liderləri, Marneuli qərargahının üzvləri, dəvət
olunmuş qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Aqil Mustafayev qonaqları salamlayaraq,
Novruz Bayramının əhəmiyyətindən danışdı. O, bildirdi ki, hər il
azərbaycanlılar bu bayramı coşqu ilə qeyd edirlər.
Daha sonra "Güclü Gürcüstan"ın liderlərindən Badri Çaparidze çıxış
etdi. O, da çıxışı zamanı azərbaycanlıları baharın gəlişi
münasibətilə təbrik etdi. Çaparidze çıxışında partiyanın
planlarından birinin Novruz bayramının dövlət bayramı kimi qeydə
alınmasını vurğuladı. O, ümid edir ki, onlar hakimiyyətə gəldikdən
sonra bu məsələ üzərində işləyəcəklər və Novruz Bayramını dövlət
bayramı kimi qəbul edəcəklər.
Bayram münasibətilə keçirilən görüşdə partiya liderləri və
vətəndaşlar arasında ölkədə baş verən hadisələr də müzakirə
olundu.
Tədbirin sonunda xatirə şəkli çəkildi və Novruz Bayramı ilə bağlı
atributlarla bəzədilmiş süfrə açıldı.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166