Qızılın qiyməti rekord həddə yüksəlib

Bu həftə beynəlxalq birjada qızılın qiyməti rekord həddə yüksəlib.


Hazırda bir unsiya qızılın dəyəri 3,060 dollara çatıb ki, bu da illik müqayisədə 40%-lik artımı göstərir.

Son dövrlərdə qızılın bahalaşması geosiyasi risklərin artması və mövcud münaqişələrin gərginləşməsi ilə əlaqələndirilir. İnvestorlar üçün belə bir vəziyyət əlverişsiz olsa da, qızılın dəyəri məhz bu cür risklərin fonunda yüksəlir. Xüsusilə
ABŞ-ın tətbiq etdiyi tariflər və "ticarət müharibələrinin" başlanması iqtisadi risklərin artmasına səbəb olur.

Bundan əlavə, Rusiya-Ukrayna sülh danışıqlarının gedişi və Zelenski-Tramp qarşıdurması gələcək perspektivlərə dair müsbət gözləntilər yaratmır.

Sadalanan amillərlə yanaşı, investorlar qızılı həm portfellərinin diversifikasiyası, həm də qlobal böhranlardan qorunmaq üçün alırlar. Bundan başqa, qızılın ən iri alıcıları arasında mərkəzi banklar və qlobal maliyyə institutları da var ki, onlar bu metaldan ehtiyatlarını gücləndirmək məqsədilə istifadə edirlər.


Mənbə: BM

 

Print Email
FaceBook Twitter Google