Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, ABŞ
ilə nadir torpaq mineralları üzrə razılaşmanı da ehtiva edən
hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi istiqamətində danışıqlarda
"əhəmiyyətli" irəliləyiş əldə olunub.
Nazir aprelin 16-da X platformasındakı paylaşımında yazıb ki, hər
iki tərəfin komandaları sazişin konkret məqamları üzərində işləməyə
davam edəcək, lakin "artıq bir çox məsələlər razılaşdırılıb."
"Biz indi Amerika tərəfi ilə bu irəliləyişi müvafiq
niyyət memorandumunda qeyd etmək barədə razılığa gəlmişik. Biz
sazişin rəsmiləşdirilməsini yaxın gələcəkdə başa çatdırmağa
hazırlaşırıq", - o qeyd edib. Ukraynalı rəsmi onun
imzalanma vaxtı və digər detallar barədə əlavə məlumat
verməyib.
İqtisadiyyat naziri bildirib ki, sənəd yekunlaşdırıldıqdan sonra o,
Ukrayna parlamenti tərəfindən ratifikasiya olunmalıdır:
"Bu saziş Ukraynada investisiya və inkişaf üçün
imkanlar yaradacaq, həm Ukrayna, həm də ABŞ üçün real iqtisadi
artım şərtlərini formalaşdıracaq".
Sviridenkonun açıqlaması bir gün əvvəl prezident Volodimir
Zelenskinin ABŞ və Ukrayna arasında son müzakirələri "müsbət"
adlandırmasından sonra gəlib.
Bununla belə, danışıqlar Donald Tramp və Zelenski arasında davam
edən gərginliklər fonunda aparılır. Martın 30-da Tramp Zelenskini
kritik minerallar sazişindən uzaqlaşmaq cəhdində günahlandıraraq
belə bir hərəkətin "ciddi" nəticələrə səbəb olacağı barədə
xəbərdarlıq edib.
Ukrayna və ABŞ martın əvvəlində Ukraynanın ən vacib mineral
ehtiyatlarının işlənməsi üzrə sazişlə bağlı razılığa gəliblər. Amma
fevralın 28-də Ağ evdə Tramp və Zelenski arasında qızğın
mübahisədən sonra saziş imzalanmayıb.
Minerallar sazişinin şərtlərinin dəyişib-dəyişmədiyi bəlli deyil.
Əvvəlki versiyaya Zelenskinin israr etdiyi təhlükəsizlik
zəmanətləri salınmamışdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415