Aprelin 16-da Slovakiya parlamenti qeyri-hökumət təşkilatları (QHT)
üçün qaydaları sərtləşdirən qanun layihəsini qəbul edib,
tənqidçilər bu qanunun Kreml qanunlarına bənzədiyini iddia
edir.
"Politico"nun xəbərinə görə, sürətləndirilmiş proseslə və tələb
olunan minimum 76 səs çoxluğu ilə qəbul edilən qanun QHT-dən
donorları haqqında məlumatları açıqlamağı tələb edir, bunu
etməyənlər üçün cərimələrin tətbiqini nəzərdə tutur.
Qanunun ən mübahisəli hissəsi
- QHT-ləri "lobbiçi" kimi təsnif edən
maddə qanunun parlamentdən keçməsi üçün güzəşt olaraq çıxarılıb.
Qanun layihəsinin əleyhdarları ölkə prezidenti Peter Pelleqrinini
qanunu imzalamamağa çağırır.
Bu ayın əvvəlində minlərlə slovak qanun layihəsinə qarşı ölkənin
30-dan çox şəhərində, həmçinin Madrid, Kopenhagen və Londonda
etiraz aksiyaları keçirib.
Qanunun qəbulu Slovakiya baş naziri Robert Fitsonun QHT-ləri və
müstəqil medianı nəzarət altına almağa yönəlmiş uzunmüddətli
cəhdinin bir hissəsi kimi qiymətləndirilir. 2023-cü ildə, dördüncü
dəfə baş nazir seçildikdən sonra Fitso Slovakiyada "QHT
hakimiyyəti"nə son qoyacağını bildirmişdi.
Avropa Komissiyası 2024-cü il "Hüququn aliliyi" hesabatında
QHT-ləri "xarici agent" kimi təsnifatlandıran ilkin qanun
layihəsini tənqid edib və Slovakiya hökuməti qanunu qəbul edərsə,
ona qarşı hüquqi tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.
Baş nazir Fitso və onun müttəfiqləri bu qanunvericiliyin şəffaflığı
artırmağa yönəldiyini desələr də, onun siyasi rəqibləri bunu qəbul
etmir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415