Aprelin 17-də Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan
arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində
üçtərəfli görüş keçirilib.
Görüşdə Azərbaycandan Elnur Məmmədov, Gürcüstandan Laşa Darsaliya,
Ermənistan tərəfdən isə Vaan Kostanyan iştirak edib.
"Onlar üç Cənubi Qafqaz ölkəsinin ilk üçtərəfli
görüşünün keçirilməsini alqışlayıb, bir-birinin suverenliyinə və
ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının
imkanlarından hələ də tam şəkildə istifadə olunmadığını
bildiriblər", - birgə məlumatda yazılıb.
Qeyd edilib ki, görüşün məqsədi regionda davamlı inkişaf və
firavanlığı təşviq etmək naminə ümumi maraq kəsb edən sahələrdə
üçtərəfli əməkdaşlığı inkişaf etdirməkdir: "Görüşdə açıq fikir
mübadiləsi şəraitində potensial əməkdaşlıq sahələrinə dair baxışlar
təqdim edilib".
Xatırlatma
Bu belə bir formatda ilk görüşdür. Ötən əsrin 80-ci illərində
gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında
toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi
əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini
bərpa edib.
İki il öncə Qarabağdakı erməni əhali Ermənistana köç edib, rəsmi
Yerevan baş verənləri etnik təmizləmə kimi dəyərləndirir.
Azərbaycan isə etnik təmizləmə ilə bağlı ittihamları qəbul
etmir.
Hazırda tərəflər arşında sülh sazişinin imzalanması üçün danışıqlar
gedir. Artıq bütün müddəaların da razılaşdırıldığı bildirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415