2024-cü ildə Gürcüstan 83.7 min ton ət istehsal edib – özünü təminetmə əmsalı azalır
Milli Statistika Xidmətinin ilkin məlumatlarına görə, Gürcüstan 2024-cü ildə 83.7 min ton ət istehsal edib. Bu göstərici illik 6.4% artım deməkdir.

2021-ci ildən etibarən istehsal davamlı olaraq artıb, lakin ciddi dəyişiklik olmayıb. Buraya iri buynuzlu mal-qara, donuz, qoyun, keçi və quş əti daxildir. Qeyd etmək lazımdır ki, əvvəlki illərdə ən yüksək ət istehsalı 2006-cı ildə
olub – 83.3 min ton.

Rəsmi statistikaya görə, Gürcüstanda adambaşına illik ət istehlakı 45 kiloqram təşkil edir. Bu göstərici artmaqdadır: 2022-ci ildə 40 kq idisə, 2023-cü ildə 45 kq-a yüksəlib.
2023-cü il məlumatlarına əsasən, ət üzrə özünü təminetmə əmsalı 47% olub ki, bu, 2024-cü ildə gözlənilən 50%-lik səviyyədən aşağıdır. Ən yüksək təminetmə səviyyəsi isə 2018-ci ildə 52% idi.

İxrac və idxal göstəricilərinə gəldikdə, Gürcüstan daha çox ət alır, nəinki ixrac edir.

2023-cü ildə ətin idxalı 108.7 min ton olub (illik artım 7.5%)

Eksport isə 18.2 min ton təşkil edib (illik azalma 30.5%)
Mənbə: BM

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google