Daşınmaz əmlak sektorunun bəzi nümayəndələri gözləyirlər ki, bu il
planlaşdırılandan daha az yeni inkişaf layihəsi başlayacaq.
BMG-yə açıqlama verən "Arsi" şirkətinin baş direktoru bildirib ki,
ölkədə mövcud olan qeyri-müəyyən vəziyyət fonunda bəzi şirkətlər
layihələrini daha sonraya təxirə sala bilər.
Beso Ortoidzenin sözlərinə görə, yeni layihələrin təxirə
salınmasına bankların son vaxtlarda yeni inkişaf layihələrinin
maliyyələşdirilməsini məhdudlaşdırması
da təsir edəcək.
"Biz hələ də qeyri-müəyyən şəraitdəyik, bu il də
seçkilər var, ölkədə siyasi böhran davam edir. Banklar müəyyən
qədər kreditləşməni məhdudlaşdırdığı üçün layihələrin təklifi
azalacaq. Çünki kiminsə yeni layihə başlatmaq istəyi olsa da, bank
krediti olmadan bunu edə bilməyəcək. Kim isə bu qeyri-sabit mühitdə
yeni layihələrə başlamaq riskini götürə bilməz. Bu, o deməkdir ki,
bu il əvvəlcədən planlaşdırılandan daha az layihə başlayacaq, çünki
əvvəlki illərdə verilən tikinti icazələrinin sayı kifayət qədər
yüksək idi," – deyə Beso Ortoidze bildirib.
Məlumat üçün bildirək ki, son dövrlərdə inkişaf şirkətləri ölkədə
yaranmış qeyri-müəyyən mühit fonunda kommersiya banklarının yeni
inkişaf layihələrinin maliyyələşdirilməsini yavaşlatdığını qeyd
ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415