Vəkil Maia Mtsariaşvili İrakli Kobaxidzeyə müraciət edərək bildirib
ki, “əgər o, Mzia Amağlobeli işi ilə bağlı istintaqçılar və
prokurorlardan daha çox şey bilirsə,
istintaq orqanına müraciət edib izahat versin, efirdə hansı
tapşırıq və sifarişdən danışırdı?”.
Mtsariaşvili, “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidzenin 16
aprel tarixində hökumətyönlü "Rustavi 2" televiziyasında verdiyi
açıqlamalara münasibət bildirib:
“Mzia Amağlobeli qurban deyil. O, konkret sifarişi yerinə yetirirdi
və onun tapşırığı polisin nüfuzdan salınması və şərəfinin
alçaldılması idi. Həbsdə olanların çoxu isə təbliğatın
qurbanıdır”.
Vəkil bildirib ki, Kobaxidze bu açıqlamaları ilə Mzia Amağlobelinin
günahsızlıq prezumpsiyasını pozur, bu isə Gürcüstan Konstitusiyası
ilə təmin olunmuş hüquqdur.
Bundan əlavə, Mtsariaşvilinin sözlərinə görə, baş nazirin
dediklərindən fərqli olaraq, nə prokurorluq, nə də ittiham aktı
Mzianın kiminsə tapşırığı ilə hərəkət etdiyini qeyd edir.
“Cənab Kobaxidze Mzianı tapşırıq və sifarişlə hərəkət
etməkdə ittiham etdi. Lakin onun ittiham aktında bu barədə heç bir
qeyd yoxdur. İttiham belə bir halı nəzərə almır. İttiham sənədinə
əsasən, Mzia Amağlobeli şəxsi motivlərlə hərəkət edib – konkret
olaraq İrakli Dqebuadzeyə qarşı. Həmçinin, iş materiallarında bu
iddianı təsdiqləyən heç bir sübut yoxdur. Bu səbəbdən İrakli
Kobaxidzenin dedikləri yalandır”.
Vəkilin fikrincə, Kobaxidzenin bu açıqlamaları Mzia Amağlobeliyə
qarşı neqativ ictimai rəy yaratmağa xidmət edir.
Mtsariaşvili vurğulayıb ki, Mzia Amağlobeli tərəfindən törədilən
hərəkət təhqir kimi qiymətləndirilir və bu, Cinayət Məcəlləsinə
əsasən cəzalandırılan əməl
deyil.
“O dedi ki, Mzia polisi təhqir edib və onun məqsədi
polisin şərəfini alçaltmaq olub. Mən cənab Kobaxidzeni bir daha
xatırlatmaq istəyirəm ki, şərəf və ləyaqətin qorunması sivil
dünyada mülki məhkəmə prosedurlarına uyğun həyata keçirilir,
Cinayət Məcəlləsi ilə yox. Məhz bu səbəbdən biz dəfələrlə bu işin
dayandırılmasını və Mzianın qanunsuz həbslə azad edilməsini tələb
etmişik.
Bəli, polisin təhqiri cinayət məsuliyyəti yarada bilər, amma Mziaya
qarşı irəli sürülən ittiham – CM-in 353/1-ci maddəsi (polisə hücum)
– məhz bu hallara aid deyil. Belə hallar ancaq müəyyən
kriteriyaların və sübutların mövcudluğunda inzibati qaydada
qiymətləndirilə bilər”.
Vəkil əlavə edib ki, bu, Mzia Amağlobeliyə qarşı hakimiyyətin
yüksək vəzifəli şəxsləri tərəfindən həyata keçirilən ilk qaralama
kampaniyası deyil.
“Məsələn, həm cənab İrakli Kobaxidzenin, həm də digər
yüksək vəzifəli şəxslərin bir neçə dəfə ictimai şəkildə deməsi ki,
guya Mzia polisin kürəyinə stiker yapışdırıb – bu tamamilə
yalandır. Bu, təkcə baş vermədiyi üçün deyil, həm də ona görə ki,
nə polis, nə də prokurorluq belə bir iddia ilə çıxış
etməyib”.
“Batumelebi” və “Netgazeti” media orqanlarının təsisçisi Mzia
Amağlobeliyə, Batumi polis rəisi İrakli Dqebuadzeyə sillə vurduğu
üçün polisə hücum (CM 353/1) ittihamı irəli sürülüb. O, 4 ildən 7
ilədək həbs cəzası ilə üzləşə bilər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415