"Gürcü Arzusu" partiyasının yaratdığı müvəqqəti istintaq
komissiyasına gəlmədiyi üçün “Dəyişiklik üçün” koalisiyasının
liderlərindən biri olan
Nika Qvaramiaya Tbilisi Şəhər Məhkəməsi tərəfindən 30 min lari
girov şəklində qətimkan tədbiri seçildi.
Hakim Eka Barbakadze prokurorluğun vəsatətini tam şəkildə təmin
edib.
Nika Qvaramia mübahisəli parlamentin müvəqqəti istintaq
komissiyasına çağırılmışdı, lakin gəlməkdən imtina etdi. Komissiya
ondan 2004–2012-ci illərdə Gürcüstanda müdafiə, təhlükəsizlik
və
insan hüquqlarının müdafiəsi sahəsindəki vəziyyətlə bağlı izahat
verməsini tələb edirdi.
Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi –
"Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının qanuni
tələbini yerinə yetirməmək" – üzrə açılıb. Bu maddə cərimə,
azadlıqdan bir ilədək məhrumetmə və ya üç ilədək vəzifə və ya
fəaliyyət hüququndan məhrum etmə ilə cəzalandırıla bilər.
Nika Qvaramia məhkəmə iclasına "popkornla" gəlmişdi. Hakim onu
qaydalara əməl etməyə çağırıb, Qvaramia isə cavabında bildirib ki,
“onun şəkəri var və yeməyə məcburdur”. Bunun ardınca hakim fasilə
elan edib.
Fasilədən sonra məhkəmə prokurorluğun vəsatətini dinləyib.
Prokurorluq onun gizlənmə və təkrar cinayət törətmə riskinin
olduğunu bildirib. Qvaramia çıxışında “ittihamın absurdluluğundan”
və “komissiyanın qeyri-legitimliyindən” danışıb.
O qeyd edib ki, girovu ödəmək barədə qərarı komanda ilə
məsləhətləşmədən sonra verəcək.
“Gürcü Arzusu” 5 fevral tarixində “Vahid Milli Hərəkat” dövrünü
araşdırmaq üçün istintaq komissiyası yaradıb. Komissiyanın sədri
həmin partiyanın liderlərindən biri – Tea Tsulukianidir.
Komissiya iclaslara müxalif liderləri çağırır – həm “Milli
Hərəkat”ın keçmiş yüksək vəzifəli şəxslərini, həm də digər
müxalifətçiləri. İclaslara gəlmədikləri üçün artıq bir sıra
siyasətçilərə ittiham irəli sürülüb və girov qətimkan tədbiri
seçilib: Mamuka Xazaradze və Badri Caparidze (hər birinə 50 000
lari), İrakli Okruaşvili (20 000 lari), Qivi Tarqamadze (10 000
lari) və Zura Caparidze (20 000 lari).
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415