“Gürcü Arzusu”nun törəmə təşkilatı olan "Xalqın Gücü" hərəkatının
üzvü Sozar Subar,
Avropa İttifaqı ilə vizasız rejimin ləğv olunmasını istisna etmir.
Subar bu barədə “Radio Sifrzisa” proqramında qonaq olarkən
danışıb.
“Bu mümkündür”, – deyə Subar əlavə
edib.
Mövzu “Azad Avropa Radiosu”nun redaktoru Rikard Yozvyakın məlumat
yaymasından sonra aktuallaşıb. Yozvyak bildirib ki, Avropa İttifaqı
bir neçə ay ərzində yeni qanunvericilik qəbul edəcək, bu isə
Brüsselə vizasız rejimi asanlıqla dayandırmaq imkanı verəcək – o
ölkələrlə ki, Aİ ilə belə bir razılaşmaları var.
Sozar Subar vizasız rejimin dayandırılması ehtimalını “Gürcü
Arzusu”nun təbliğat tezisləri ilə əvvəlcədən əlaqələndirib – guya
Avropada kimlərsə Tbilisidən “vassallıq” tələb edir. O, belə bir
sual qoyub:
"Əgər vizasız rejim ləğv olunarsa, gürcülər seçim
etməlidirlər: vizasız rejim, yoxsa Gürcüstanın qorunub
saxlanılması?"
Halbuki, “Gürcüstanın qorunması” ilə Avropa İttifaqının qəbul
etməyə hazırlaşdığı yeni qaydalar arasında heç bir əlaqə
yoxdur.
Yenilənmiş mexanizmə əsasən, Aİ-nin vizasız rejimi dayandırmaq üçün
aşağıdakı yeni əsasları olacaq:
- Əgər Aİ-yə qonşu ölkə vizalarla bağlı Aİ-nin tətbiq
etdiyi qaydalara əməl etmirsə və bu, Aİ-yə artıq sayda insanın
axınına səbəb olursa, xüsusilə də həmin ölkə coğrafi baxımdan Aİ-yə
yaxınsa;
- İnvestor vətəndaşlığı proqramları fəaliyyət göstərirsə
– yəni əvvəlcədən müəyyən edilmiş ödəniş və ya investisiya
müqabilində vətəndaşlıq verirlərsə;
- Hibrid təhlükələr, eləcə də sənəd təhlükəsizliyi ilə
bağlı qanunvericilik və prosedur boşluqları
mövcuddursa.
Bundan əlavə, Aİ hər hansı bir ölkə ilə xarici münasibətləri qəfil
pisləşərsə, xüsusilə insan haqları və əsas azadlıqlarla bağlı
sahələrdə, vizasız rejimi dayandırmaq hüququna sahib olacaq.
Avropa İttifaqı ilə “Gürcü Arzusu” hökuməti arasında münasibətlər o
vaxt gərginləşdi ki, Gürcüstan Aİ-dən namizəd statusu alsa da,
hökumət represiv “rus qanunu”nu (xarici agentlər haqqında qanun
layihəsi) qəbul etdi və etiraz aksiyalarını dağıtdı.
Həmin dövrdə onlarla şəxsə fiziki təzyiq göstərildi, müxalifətçi
fəallar və liderlər evlərinin yaxınlığında izlənilərək hücuma məruz
qaldılar.
Bundan sonra, ötən ilin payızında Aİ Gürcüstanla danışıqların
başlanmasını rədd etdi, buna cavab olaraq “Gürcü Arzusu” birtərəfli
qaydada Aİ ilə inteqrasiya prosesini dayandırdı, ardınca bir sıra
represiv qanunlar qəbul etdi, müxalifətin qadağan olunmasını və
tənqidi QHT-lər və medianın sərt şəkildə məhdudlaşdırılmasını elan
etdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415