ABŞ prezidenti Donald Tramp deyib ki, həftənin sonunacan Ukraynada
hərbi əməliyyatların dayandırılması ilə bağlı Moskvadan cavab
gözləyir.
O, Ağ evdə İtaliyanın baş naziri Corca Meloni ilə görüşdən sonra
belə bir açıqlama verib.
Trampdan soruşublar ki, Rusiyanın atəşkəsə hazır olması, gərəkirsə,
ona qarşı sanksiyaların gücləndirilməsinə nə zaman qərar
verəcək.
"Görək, nə olacaq. Bu həftə onlardan cavab alacağıq,
tezliklə görəcəyik", – Tramp söyləyib.
Bundan az sonra Rusiyanın BMT-dəki təmsilçisi Vasili Nebenzya
jurnalistlərə deyib ki, Ukraynada atəşin dayandırılması "real
deyil". "Enerji infrastrukturuna münasibətdə atəşin
məhdudlaşdırılmasına cəhd elədik, amma Ukrayna tərəfi buna əməl
etmədi. Belə bir şəraitdə indiki mərhələdə atəşin
dayandırılmasından danışmaq, sadəcə, real deyil", – o bildirib.
"Bloomberg" isə öz mənbələrinə istinadla yazır ki, aprelin 17-də
Parisdə avropalı müttəfiqlərlə görüşdə ABŞ təmsilçiləri Ukraynada
bir neçə həftəyə tam atəşkəsə nail olmaq istəyini ifadə ediblər və
deyiblər ki, "tezliklə bu məsələdə əhəmiyyətli irəliləyiş
gözləyirlər".
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton "yaxın
həftələrdə deyil, günlərdə" Ukraynada müharibənin bitirilməsi üzrə
danışıqlarda nəticələr gözləyir.
"Prezidentin ilk 100 gününün, demək olar, hamısı burada
sülhə nail olmaqdan ötrü yüksək səviyyəli səylərə həsr olunub. Bu,
baş verərsə, kömək etmək istəyirik. Amma baş verməyəcəksə, bunu
indi bilməliyik. Bizim məşğul olmalı olduğumuz başqa şeylər də
var", – Rubio Parisi tərk etməmişdən deyib.
Aprelin 17-də Parisdə Ukrayna, ABŞ, Fransa, Böyük Britaniya və
Almaniyanın iştirakı ilə danışıqlar keçirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415