Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze 21 aprel –
hakim partiya “Gürcü Arzusu”nun yaranma günü münasibətilə sosial
şəbəkə vasitəsilə paylaşım edib.
Giorgadzenin sözlərinə görə, partiyanın qurucusu Bidzina
İvanişvilinin rəhbərliyi ilə “Gürcü Arzusu” ölkənin suverenliyinin,
pravoslav dininin və milli ənənələrin qorunmasını təmin etməyə
müvəffəq olub.
“
Bu gün ‘Gürcü Arzusu’nun yaranmasından 13 il ötür.
21 aprel 2012-ci ildə cənab Bidzina İvanişvili siyasi komandamızı
ilk dəfə ictimaiyyətə təqdim etdi. Bu hadisə Gürcüstanın siyasi və
ictimai həyatında ən mühüm proseslərin başlanğıcına çevrildi.
Ölkənin suverenliyinin möhkəmləndirilməsi, sülhün təmin edilməsi,
iqtisadi dirçəliş, mədəniyyətimizin, dinimizin, adət-ənənələrimizin
qorunması və inkişafı, hakimiyyətin və xalqın birliyi ilə – tərəqqi
hər bir vətəndaşımızın ən əsas arzuya və məqsədə – vahid, azad və
güclü Gürcüstana tərəf can atmasıdır.
Bu önəmli gün münasibətilə hərkəsi təbrik edirəm!” – deyə
Amiran Giorgadze qeyd edir.