Moskva vilayətinin keçmiş ticarət naziri, Zuqdididə doğulmuş
Mixail Xubutia keçmiş sevgilisini soyuq silahla bıçaqlayıb.
Bu barədə Rusiya mətbuatı yazıb.
Xubutia keçmiş sevgilisinə azyaşlı uşaqları qonşu otaqda yatarkən
xəsarət yetirib.
Mövcud məlumata görə, Xubutia Odintsovo rayonunun Trexqorka kəndinə
gəlib və burada “Van Tea” çay evinin sahibi Yuliya Vaninlə yaşayıb.
Onlar 2024-cü ilin dekabrına qədər münasibətdə olublar
və cütlüyün
hətta uşağı da olub.
Qadının yaxınlarının dediyinə görə, Yuliya Vanin boşanmaq qərarına
gəldikdən sonra Xubutia onu hədələməyə başlayıb və uşağını və
əmlakını əlindən alacağını, psixiatrik xəstəxanaya qapadacağını vəd
edib.
Ötən cümə gecəsi o, Yuliyanın evinə gedib, onun evinə soxulub və
ona hücum edib. Yuliya kömək üçün dayəsinə müraciət edib, o, polisə
və Yulianın qohumlarına xəbər verib. Polis gələnə qədər Xubutia
hadisə yerindən qaçıb. Qadın çoxsaylı bədən xəsarətləri ilə
xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, Xubutia hücumda
çəkic və ya baltadan istifadə edib.
Yuliya Vani İnstaqramda yayımlanan videoda cinayətdən danışıb.
"Dünən gecə həyatıma qəsd oldu. Təxminən saat 23:00
radələrində Mixail Xubutia evimə balta ilə soxularaq, əl-ayağımı
kəsdi, başıma vurdu. Həmin vaxt qonşu otaqda qızımız və dayəmiz
yatırdı.
2018-ci ildən münasibətimiz var, bir qızımız var, 2024-cü ilin
dekabrında ayrıldıq, bundan sonra məni daim hədələdi ki, uşağı
əlimdən alacaq, bütün əmlakımı əlimdən alacaq, məni psixiatriya
xəstəxanasına bağlayacaq, uşağa ehtiyacı olmadığını dəfələrlə
bildirib, şəxsi əşyalarımı sındırıb.
Hazırda həkimlərin nəzarətindəyəm, qollarımın və ayaqlarımın dərin
yaralarını tikiblər.
Bu hekayəni mümkün qədər yayın. Bu, cəzasız qalmamağın yeganə
yoludur", - deyi Yulia Vanin bildirib.
Mənbə: mtavaritv.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415