Qomelaurinin birinci müavini vəzifəsinə Roland Mesxi təyin edilib –
o, etiraz aksiyası zamanı qadının saçından tutaraq ona zor tətbiq
etmişdi.
Bu məlumat Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən yayılıb.
Bu vaxta qədər Vax¬tanq Qomelaurinin birinci müavini vəzifəsini
Şalva Bedoidze icra edirdi. Böyük Britaniya Bedoidzeyə 10 aprel
tarixində sanksiya tətbiq edib.
Qomelauri isə ABŞ tərəfindən sanksiyaya
məruz qalıb – o, "Maqnitski
siyahısına" daxil edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Roland Mesxi 2021-ci
ilin iyul ayından bu günə qədər Gürcüstan DİN-in Tbilisi Polis
Departamentində direktor müavini vəzifəsində çalışırdı.
Roland Mesxi 21 aprel tarixində Rustaveli prospektində keçirilən
etiraz aksiyası zamanı 20 yaşlı tələbə Nata Çioxidzeyə arxadan
yaxınlaşaraq saçından tutub və güc tətbiq etməklə onun hərəkətinə
mane olmağa çalışıb.
Kadrlarda görünür ki, polis əməkdaşı qadına arxadan yaxınlaşır,
saçından tutaraq dartır və güc tətbiq edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415