“Əsas odur ki, 2030-cu ildə üzv olunacaq bir yer qalsın” — Zaxarova Gürcüstanın 2030-cu ildə Aİ-yə üzvlüyü ilə bağlı danışıb
“Əsas odur ki, həmin vaxta qədər üzv olunacaq bir qurum olsun” — Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına (Aİ) üzv olmaq niyyətinə münasibət bildirib.

Onun sözlərinə görə, əsas məsələ odur ki, o vaxta qədər “ola bilər ki, üzv olunası bir şey qalmasın”.

Zaxarova həmçinin Aİ-ni tərk etmiş Birləşmiş Krallığı
misal çəkərək deyib ki, “heç kim yaxşı bir yeri tərk etməzdi”.

“Gürcü Arzusu” partiyası iddia edir ki, Aİ ilə üzvlük danışıqları dayandırılsa da, 2030-cu ildə Gürcüstanın Avropa İttifaqına üzv olması mümkündür.

Rusiya dövlət mediası TASS-ın məlumatına görə, gürcü siyasətçilərdən birinin Gürcüstanın 2030-cu ilə qədər Aİ-yə qoşulmağa hazır olduğu barədə bəyanatına cavab olaraq keçirilən brifinqdə Zaxarova vurğulayıb:

“Bildiyiniz kimi, əsas məsələ odur ki, Aİ-yə 2030-cu və ya digər illərdə üzv olmaq istəyənlər üçün hələ də üzv olunacaq bir təşkilat mövcud olsun.”

O, əlavə edib ki, Birləşmiş Krallıq heç vaxt “xeyir götürülən bir yerdən çıxmazdı”.

Zaxarova həmçinin qeyd edib:

“Biz bu barədə Gürcüstanla dəfələrlə danışmışıq. Mövcud siyasi fikir ayrılıqlarına və diplomatik münasibətlərin olmamasına baxmayaraq, biz qarşılıqlı hörmət və ikitərəfli faydaya əsaslanan münasibətləri qurmağa çalışırıq. Bu istiqamətdə dialoq aparılır.”

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google