2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Gürcüstanın əhalisi 3
704.5 min nəfər olub ki,
bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9.9 min nəfər
çoxdur.
Statistika Komitəsinin məlumatına görə, Gürcüstan əhalisinin
61.5%-i şəhər ərazilərində yaşayır. Həmçinin, Tbilisinin əhalisi
ümumi əhalinin üçdə birindən çoxunu təşkil edir.
Qeyd etmək lazımdır ki, 2024-cü ildə mənfi təbii
artım (-4 488) və
müsbət miqrasiya saldosu (14 386) qeydə alınıb.
2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə, 0-14 yaşlı əhalinin
payı ümumi əhalinin 19.2%-ni təşkil edir, əmək qabiliyyətli yaşda
olan əhalinin payı (15-64 yaş qrupunun) – 64.2%-ni, 65 yaş və
yuxarı yaşdakı əhalinin payı isə 16.6%-ni təşkil edir.
2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə, kişilərin sayı 1
780.6 min nəfər, qadınların sayı isə 1 923.9 min nəfər olub.
Həmçinin, Gürcüstanın əhalisinin 48%-i kişi, 52%-i isə
qadındır.
Cinslərin nisbət göstəricisi 93-dir ki, bu da hər 100 qadına 93
kişinin düşdüyünü göstərir. Qeyd etmək lazımdır ki, 40 yaşa qədər
kişilərin sayı qadınlardan çoxdur, amma 40 yaşdan sonra əksinə,
qadınların sayı kişilərdən çox olur, bu da kişilərlə müqayisədə
qadınların daha uzun ömür sürməyi ilə əlaqəlidir.
Keçən illə müqayisədə 2024-cü ildə həyatın gözlənilən müddəti demək
olar ki, dəyişməyib və 74.9 il təşkil edib, bunlardan kişilər üçün
– 70.5 il, qadınlar üçün isə – 79.3 il.
2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Gürcüstanın
əhalisinin median yaşı 39-dur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415