2024-cü ildə Gürcüstana Rusiyanın 23,574 vətəndaşı miqrasiya edib
ki, bu da 2023-cü ilin göstəricisindən 2 dəfə azdır.
Statistika xidmətinin rəsmi məlumatlarına əsasən, keçən il ölkəni
25,612 Rusiya vətəndaşı tərk edib. Bu isə miqrasiya balansının
mənfi olduğunu və Gürcüstandan daha çox Rusiya vətəndaşının
getdiyini göstərir.
Diqqətəlayiqdir ki, miqrantlar və köçkünlər haqqında rəsmi
statistikada Gürcüstan vət
əndaşlarından sonra ən çox Rusiya
Federasiyasının vətəndaşlarıdır.
Əgər keçmiş illərin statistikası ilə müqayisə etsək, Rusiya
vətəndaşlarının həm miqrantlar, həm də köçkünlər siyahısında sayı
azalıb.
Xüsusilə 2022-ci ildə Rusiyanın Ukrayna ilə müharibəsinin
başlanması ilə əlaqədar ölkə çox sayda rus miqrant qəbul etdi. Daha
detallı olaraq, Rusiya vətəndaşlarının miqrasiya statistikası
belədir:
•
2022-ci il - miqrant: 62,304 / köçkün: 5,935
• 2023-cü il - miqrant: 52,627 / köçkün: 35,344
• 2024-cü il - miqrant: 23,574 / köçkün: 25,612
Rəsmi metodologiya ilə kim miqrant və ya köçkün sayılır?
Köçkün – şəxsin Gürcüstanı tərk etməsi və son 12 ay ərzində ən azı
183 gün başqa bir ölkədə yaşaması, Gürcüstan isə onun daimi yaşayış
yeri olması (yəni, ölkədən getməzdən əvvəl son 12 ayda Gürcüstanda
ən azı 183 gün qalması).
Miqrant – şəxsin Gürcüstan sərhədini keçməsi və son 12 ay ərzində
ən azı 183 gün Gürcüstanda yaşaması, amma Gürcüstan onun daimi
yaşayış yeri olmaması (yəni, son 12 ayda Gürcüstan sərhədlərindən
kənarda ən azı 183 gün keçirməsi).
Buna görə, köçkünlər statistikaya daxil ola bilər, əgər onlar
Gürcüstanda daimi yaşayırdılarsa və ilin ərzində ən azı 6 ay ölkəni
tərk ediblərsə.
Eyni şəkildə, miqrantlar statistikaya daxil ola bilərlər, həm
xarici vətəndaşlar, həm də Gürcüstan vətəndaşları, əgər onlar
xaricdə daimi yaşayıb, 6 aydan çox müddətə Gürcüstana daxil
olurlarsa.
Nəticə etibarilə, bir şəxs bir il ərzində miqrant, digər il isə
köçkün kimi qeydiyyata alınmış ola bilər.
2024-cü ildə Gürcüstandan 64,594 vətəndaş köçüb və miqrasiya
balansı müsbət olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415