Şimali Koreya ilk dəfə olaraq öz əsgərlərini Ukrayna ilə müharibədə
iştirak etmək üçün Rusiyaya göndərdiyini rəsmən təsdiqləyib.
"Yonhap" agentliyi Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə
(KCNA) istinadən yazıb ki, Pxenyanın əsgər göndərməsi Şimali Koreya
lideri Kim Çen Inın əmri ilə və bu ölkənin Moskva ilə imzaladığı
qarşılıqlı müdafiə müqaviləsinə uyğun olaraq həyata keçirilib.
Şimali Koreyanın Mərkəzi
Hərbi Komissiyasına istinad edən KCNA
agentliyi yazıb:
"Ukrayna hakimiyyətinin Rusiya
Federasiyasına qarşı avantürist hücumunu dəf etmək və Kursk
bölgəsini azad etmək əməliyyatları uğurla başa
çatıb".
Media Kim Çen Inın bu qərarı Rusiya ilə
"dostluğu və
həmrəyliyi daha da gücləndirmək üçün müqəddəs bir missiya"
kimi təsvir etdiyini sitat gətirib.
Şimali Koreyanın dövlət mediası yazıb ki, Kim Çen In tezliklə
Pxenyanda
"onların qəhrəmanlıq və şücaətini anan"
bir abidənin ucaldılacağını bildirib.
Rusiya Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə
iştirakını ilk dəfə aprelin 26-da təsdiqləyib. Rusiya Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov prezident Vladimir
Putinə Kurskdakı vəziyyətlə bağlı məruzə edib və qeyd edib ki,
"Şimali Koreya əsgərləri regionun azad edilməsində mühüm
yardım göstəriblər".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da
bildirib ki,
"Rusiya KXDR-dən olan dostlarını heç vaxt
unutmayacaq".
"Reuters" ABŞ Dövlət Departamentinin sözçüsünə istinadən xəbər
verib ki, Dövlət Departamenti Şimali Koreyanın müharibədə birbaşa
iştirakından narahatdır və Pxenyanı Rusiyaya hərbi yardımı
dayandırmağa çağırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415