Marneuli meriyası Yer Kürəsi Gününü qeyd etmək məqsədilə Tamarisi
və Xixani kəndlərində 30 ədəd şam ağacı əkib.
Aprelin 25-də keçirilən yaşıllaşdırma aksiyası Marneuli meriyasının
Gənclər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Meriyanın məlumatına görə, tədbirdə merin birinci müavini Roin
Dekanoidze və müavini Zurab Panqani Gənclər Şurasının üzvləri ilə
birgə iştirak ediblər. Onlar Tamarisi kənd
məktəbinin ərazisində
şam tingləri əkiblər.
"Bu kampaniyanın məqsədi sağlam həyat tərzini təşviq
etmək, təmiz və sağlam mühit yaratmaqdır", –
Meriyanın yaydığı məlumatda bildirilir.
Yaşıllaşdırma tədbiri çərçivəsində Marneuli meriyası
sadələşdirilmiş qaydada “Green House” MMC-dən 1005 lariyə 30 ədəd
şam tingi alıb. Həmçinin tədbir üçün fərdi sahibkar Azər
Çıldırlıdan 55 ədəd rezin əlcək 55 lariyə satın alınıb.
Ümumilikdə, yaşıllaşdırma kampaniyasının xərcləri 1060 lari təşkil
edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415