2 may tarixinə qədər hava necə olacaq – Ətraf Mühit Agentliyinin proqnozu
Ətraf Mühit Milli Agentliyinin məlumatına görə, qarşıdakı günlərdə Gürcüstanda sərin və arada yağışlı hava davam edəcək.

• Tbilisidə:
29 aprel tarixində soyuq, buludlu, dumanlı və yağışlı hava gözlənilir. Günorta saatlarında hava temperaturu +8, +10°C olacaq. 30 aprel və 1 may tarixlərində isə qısamüddətli yağış ehtimalı var, temperatur +18, +20°C-yə qalxacaq.

• Sahil bölgələrində (Batumi,
Kobuleti, Anaklia, Poti):
29 apreldə yağıntısız hava olacaq, lakin 30 apreldən etibarən yenidən yağış yağacaq. Temperatur günorta saatlarında +13, +15°C olacaq, 1 mayda isə bir qədər isinmə gözlənilir.

• Qərbi Gürcüstanın düzənlik bölgələrində (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti):
29 apreldə yağıntısız və küləkli hava, 30 apreldən isə bəzi yerlərdə yağış gözlənilir. Temperatur +20, +22°C olacaq.

• Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti keçidi):
29 apreldə yağıntısız və küləkli hava, 30 apreldən isə bəzi yerlərdə yağış gözlənilir. Temperatur +18, +23°C olacaq.

• Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro):
29 apreldə yağıntısız, 30 apreldən isə bəzi yerlərdə yağış ehtimalı var. Temperatur +13, +18°C olacaq.

• Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali):
29 apreldə soyuq, buludlu, dumanlı və yağışlı hava gözlənilir. Qori-Surami yolunda güclü külək olacaq. Temperatur +6, +11°C olacaq. 30 apreldən temperatur +17, +22°C-yə yüksələcək, bəzi yerlərdə qısamüddətli yağış mümkündür.

• Kaxeti bölgəsində (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro):
29 apreldə soyuq, buludlu, dumanlı və yağışlı hava olacaq. Temperatur +6, +11°C olacaq. 30 apreldən temperatur +16, +21°C-yə yüksələcək, bəzi yerlərdə qısamüddətli yağış və dolu ehtimal olunur.

• Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borjomi, Dusheti, Tianeti, Pasanauri):
Bəzi yerlərdə yağıntılı hava gözlənilir. Temperatur +13, +18°C olacaq.

• Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo):
Bəzi yerlərdə yağıntılı hava olacaq. Temperatur +8, +13°C arasında dəyişəcək.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google