"Gürcü Arzusu"nun parlamentdə komissiyaya gəlmədiyinə görə, prokurorluq Nika Meliaya ittiham irəli sürüb
"Koalisiya Dəyişikliklər Üçün" hərəkatının liderlərindən biri olan Nika Melia barəsində prokurorluq ittiham irəli sürüb. İş "Gürcü Arzusu" partiyasının təşəbbüsü ilə VMH-nin (Birləşmiş Milli Hərəkat) fəaliyyətini araşdıran istintaq komissiyasının müraciəti əsasında açılıb. Nika Melia 11 aprel tarixində Tea Tsulukianinin rəhbərlik etdiyi istintaq komissiyasının iclasına çağırılmışdı.

Prokurorluqdan çıxdıqdan sonra "TV Pirveli" ilə söhbətində Nika Melia prokurorluğun ondan hansı növ
həbsqətimkan tədbiri tələb etdiyini açıqlamayıb. Reqlamentə əsasən, istintaq komissiyasının çağırışı məcburidir. Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə, bu çağırışdan imtina cərimə və ya bir ilə qədər həbs cəzası nəzərdə tutur.

Nika Melia bildirib:

"İvanişvilinin repressiyaları nə qədər intensivləşsə, Gürcü xalqı dəyişikliklərə bir o qədər yaxınlaşacaq. Bu təkcə İvanişvilinin məğlubiyyəti deyil, əsas məsələ ölkədə əhəmiyyətli dəyişikliklərin olmasıdır. Bu, qaçılmazdır. Bu konkret iş barədə danışmaq mənasızdır. Son illərdə bu rejimin etdiyi hər şey tamamilə qanunsuzdur. İllərlə rejimə qarşı dinc mübarizəyə qoşulan hər kəs zaman-zaman prokurorluqdan, məhkəmələrdən, həbsxanalardan keçir. Hazırda 50-dən çox haqsız yerə həbs olunmuş insan mənə baxır və salamlarını göndərir. Bütün bunlar müvəqqətidir."

Həmin cinayət işi çərçivəsində başqa siyasi fiqurlara da girov qərarı tətbiq edilib:
  • • Qivi Tarqamadze – 10.000 lari,
  • • İrakli Okruaşvili – 20.000 lari,
  • • "Güclü Gürcüstan" liderləri Badri Caparidze və Mamuka Xazaradze – hər birinə 50.000 lari.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google