Bu il hansı ölkələrdən ən çox qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşları geri qaytarılıb
Bu il readmissiya çərçivəsində xaricdən 1.143 qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşı geri qaytarılıb — bu, Gürcüstan Daxili İşlər Nazirliyinin 2025-ci ilin birinci rübünə dair məlumatlarında qeyd olunub. Qeyd edək ki, ötən ilin eyni dövründə Avropa İttifaqından 1.051 Gürcüstan vətəndaşı geri qaytarılmışdı.

Rəsmi məlumatlara görə, bu ilin birinci rübündə ən çox geri qaytarılanlar aşağıdakı ölkələrdəndir:
  • • Almaniyadan —
    467 nəfər
  • • Fransadan — 274 nəfər
  • • İrlandiyadan — 137 nəfər
Ən çox geri qaytarılan ilk onluqda olan digər ölkələr:
  • • Yunanıstan — 30 nəfər
  • • İtaliya — 25 nəfər
  • • Polşa — 14 nəfər
  • • Avstriya — 12 nəfər
  • • İspaniya — 10 nəfər
  • • Hollandiya — 6 nəfər
  • • İsveç / Belçika / Çexiya — hər birindən 5 nəfər
2024-cü ilin tam statistikasına görə isə ötən il readmissiyaya ümumilikdə 4.171 Gürcüstan vətəndaşı məruz qalmışdı.

Xatırladaq ki, Gürcüstan ilə Avropa İttifaqı arasında “qeyri-qanuni yaşayan şəxslərin readmissiyası haqqında” razılaşma 2011-ci ilin 1 mart tarixində qüvvəyə minib. Bu razılaşmaya əsasən, Aİ ərazisində qanunsuz yaşayan Gürcüstan vətəndaşlarının geri qaytarılması həyata keçirilir. Həmçinin, razılaşma üçüncü ölkə vətəndaşlarının Gürcüstana qaytarılmasını da müəyyən edilmiş şərtlərlə nəzərdə tutur. Readmissiya və tranzitlə bağlı bütün nəqliyyat xərclərini, son təyinat ölkəsinin sərhədinədək, müraciət edən dövlət qarşılayır.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google