"Biz ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində
bir-birimizi dəstəkləyirik.
Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə
əməkdaşlıq çərçivələri müzakirə edildi".
AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri aprelin 28-də prezident
İlham Əliyev İran prezidenti Məsud Pezeşkian ilə mətbuata
bəyanatında səsləndirib. O deyib ki, Birləşmiş Millətlər Təşkilatı
(BMT), İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər
təşkilatlar çərçivəsində
onların nümayəndələri daim bir-birinin
yanındadır.
M.Pezeşkianın da sözlərinə görə, onlar çalışacaqlar ki, əlaqələri
güclü şəkildə davam etdirsinlər: "Biz bir çox məsələlərdə
bir-birimizin təcrübəsini öyrənə bilərik".
İran prezidenti Məsud
Pezeşkian Azərbaycana gəlib
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian aprelin 28-də
Azərbaycan Respublikasına rəsmi səfər edib.
Onun bu səfər çərçivəsində prezident İlham Əliyevlə görüşü nəzərdə
tutulur. Görüşdə ikitərəfli əməkdaşlıq və regional məsələlərin
müzakirəsi gözlənir.
Son illər İran-Azərbaycan münasibətlərində bir yaxınlaşma müşahidə
edilir. Amma bundan əvvəlki illər hər iki ölkənin bir-birinin
sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı
narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də
Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə
silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir
əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı.
Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.
Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən
müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də,
hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim
edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan
bir çox şəxslərin şərləndiyini dedilər.
Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri
ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Ötən ilin iyulunda
Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415