Federal məhkəmə ABŞ Qlobal Media Agentliyinin (USAGM) aprel ayı
üçün vəsaiti Azad Avropa/Azadlıq Radiolarına verməsi haqda qərar
çıxarıb.
Söhbət Konqresin radioya ayırdığı vəsaitdən gedir.
Hakim Roys Lambertin aprelin 29-da çıxardığı müvəqqəti qadağa
əmrində (TRO) deyilir ki, bu vəsaitin AzadlıqRadiosuna ayrılmasına
Konqres qərar verib, prezident Donald Tramp da vəsaitlərin
ayrılması üzrə büdcə qətnaməsini imzalayıb.
"Məhkəmə Konqresin AzadlıqRadiosu üçün nəzərdə tutduğu illik
vəsaitdən bir aylığının ayrılmasını USAGM üzərinə qoydu. Bu o
deməkdir ki, jurnalistlərimiz işlərini davam etdirə, diktatorlar və
despotlardan hesabatlılıq tələb edə bilərlər", –
AzadlıqRadiosunun prezidenti Stiven Kapus deyib.
"Ümid edirik, aprelin gecikmiş ödənişini tez alacağıq,
çünki AzadlıqRadiosu bu ay bəzi əməkdaşlarını məzuniyyətə
göndərməli, Amerikanın milli təhlükəsizliyi üçün vacib regionlarla
proqramları kəsməli olub", – o əlavə edib.
USAGM 50 dildə informasiya yayımına nəzarət edir. Hər həftə bu
informasiya 361 milyon izləyiciyə ötürülür.
Tramp martın 14-də yeddi federal agentlik, o cümlədən
AzadlıqRadiosu və digər federal yayımçılara nəzarət edən USAGM-də
böyük ixtisarlarla bağlı fərman imzalayıb. Fərmanın dərcindən bir
neçə saat sonra USAGM-in adından göndərilmiş məktubda Konqresin
AzadlıqRadiosuna ayırdığı qrantın kəsildiyi bildirilib.
AzadlıqRadiosu bu addımı qanunsuz sayaraq USAGM-ə qarşı məhkəmə
iddiası qaldırıb.
Martın 25-də ABŞ Kolumbiya Dairə Məhkəməsi RFERL-in USAGM-ə qarşı
müvəqqəti qadağa əmri (TRO) haqda vəsatətini təmin edib və radionun
bağlanması prosesini dayandırıb. Ertəsi gün USAGM radioya bildirib
ki, 2025-ci maliyyə ili üçün AzadlıqRadiosunun qrant müqaviləsinin
kəsilməsi barədə məktub ləğv edilir.
Ancaq aprel ayı üçün vəsait ayrılmadığından AzadlıqRadiosu yeni
TRO-dan ötrü məhkəməyə müraciət edib. Radio həmçinin 2025-ci büdcə
ili üçün qrantın qalan hissəsinin buraxılması üçün məhkəmə qərarı
əldə etməyə çalışır.
2025-ci ildə USAGM-in ümumi büdcəsi 950 milyon dollar nəzərdə
tutulub. AzadlıqRadiosu üçün bu il 153 milyon dollara yaxın büdcə
istənilib.
USAGM-ə AzadlıqRadiosu, "Amerikanın Səsi", Azad Asiya Radiosu, Kuba
Yayımı Ofisi (Radio Marti), Yaxın Şərq Yayım Şəbəkələri (MBN) və
Açıq Texnologiya Fondu (OTF) daxildir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415