Yerli iribuynuzlu mal-qara ixracı 230% artıb – hara satırıq?
Gürcüstandan yerli iribuynuzlu mal-qaranın ixracı 230% artıb. "Sakstat"ın məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında ixrac edilən diri iribuynuzlu heyvanların dəyəri 10.512 milyon ABŞ dolları (3 583 ton) təşkil edib. Halbuki, 2024-cü ilin eyni dövründə bu rəqəm 3.179 milyon dollar və 1 151 ton olmuşdur.

İribuynuzlu mal-qaranın ixracı 230% artıb.

İxrac bazarlarına gəlincə, ötən il Gürcüstandan
iribuynuzlu heyvan yalnız İraqa satılırdı, bu il isə bazara Azərbaycan da əlavə olunub.

Daha dəqiq desək, "Sakstat"ın məlumatına əsasən, 2025-ci ilin yanvar-mart aylarında diri mal-qara bu ölkələrə göndərilib:
  • İraq – 9.651 milyon dollar dəyərində 3 171 ton
  • Azərbaycan – 861 min dollar dəyərində 412 ton
2024-cü ilin ümumi göstəricilərinə əsasən isə, ötən il Gürcüstandan 54.951 milyon dollar dəyərində təxminən 18 200 ton iribuynuzlu mal-qara ixrac edilib.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google