Sakstat-ın ilkin qiymətləndirməsinə görə, 2025-ci ilin mart
ayında, ötən ilin eyni dövrü ilə müqayisədə, real Ümumi Daxili
Məhsul (ÜDM) 9% artıb, birinci rüb üzrə orta real artım isə 9.3%
təşkil edib.
Mart ayında artım istiqamətində əhəmiyyətli töhfə aşağıdakı
sahələrin payına düşür:
- İnformasiya və kommunikasiya,
- Peşəkar, elmi və texniki fəaliyyətlər,
- Maliyyə və sığorta fəaliyyəti,
- Nəqliyyat və anbar təsərrüfatı,tikinti.
Emal sənayesi sektorunda isə azalma tendensiyası müşahidə
olunub.
Sakstat iqtisadi artımı hər ay ilkin olaraq qiymətləndirir. Bu
qiymətləndirmə sahəvi statistika — ƏDV ödəyicisi olan müəssisələrin
dövriyyəsi, fiskal və monetar məlumatlar — əsasında aparılır. Aylıq
məlumatların mövcud olmadığı sahələrdə (məsələn, kənd təsərrüfatı,
müşahidə olunmayan iqtisadiyyatın həcmi) qiymətləndirmə əvvəlki
dövrlərin məlumatlarına əsasən həyata keçirilir.