2025-ci ilin ilk rübündə Gürcüstandan kartof ixracı rekord həddə
çatıb.
Sakstat-ın (Gürcüstanın Statistika İdarəsi) rəsmi məlumatına görə,
yanvar-mart aylarında ölkə 43 465 ton kartof ixrac edərək 13 milyon
461 min ABŞ dolları gəlir əldə edib. Halbuki, ötən ilin eyni
dövründə təzə və köhnə kartofun ixracı cəmi 1 077 ton çatmışdır.
Bunun da dəyəri 358 min dollar
olmuşdu.
Gürcüstandan kartof ixracı ilin bu vaxtında rekord həddə 3652%
çatıb. Qeyd edək ki, bu 3 ay ərzində əldə olunan ixrac gəliri artıq
2024-cü ilin bütöv göstəricilərini də geridə qoyur. Ötən il ərzində
7.5 milyon dollar dəyərində 35 002 ton kartof ixrac edilmişdi.
Bundan əlavə, 2025-ci ilin əvvəlində ixrac coğrafiyası da
genişlənib. Ən çox kartof Rusiya və Azərbaycan bazarlarına
göndərilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk rübündə
Gürcüstan yalnız Azərbaycana kartof satmışdı.
2025-ci ilin yanvar-mart aylarında Gürcüstandan kartof ixrac edilən
ölkələr:
- Rusiya – 10.1 milyon dollar, 25 705 ton
- Azərbaycan – 2.6 milyon dollar, 14 528
ton
- Ermənistan – 521 min dollar, 2 447 ton
- Qazaxıstan – 84 min dollar, 394 ton
- Türkmənistan – 47 min dollar, 239 ton
- Moldova – 18 min dollar, 129 ton
- Özbəkistan – 4 min dollar, 22 ton
Məlumat üçün bildirək ki, 2024-cü ildə Gürcüstanda ümumilikdə 221
100 ton kartof istehsal olunub ki, bu da 2023-cü illə müqayisədə
12.1% çoxdur. Orta məhsuldarlıq isə hektara 15 ton təşkil edib və
əvvəlki illə müqayisədə 3.4 ton artıb.
İdxala gəlincə, 2025-ci ilin ilk rübündə Gürcüstan 894 min dollar
dəyərində 2 277 ton kartof idxal edib. Bu göstərici dəyər
baxımından ötən ildən bir qədər çox olsa da, miqdar baxımından
azdır (2024-cü ilin ilk rübündə: 817 min dollar, 2 605 ton).
Kartof əsasən bu ölkələrdən idxal edilib:
- Türkiyə – 452 min dollar, 1 807 ton
- Almaniya – 224 min dollar, 176 ton
- Misir – 127 min dollar, 196 ton
- Niderland – 85 min dollar, 75 ton
- Özbəkistan – 5 min dollar, 22 ton
2024-cü il ərzində Gürcüstana ümumilikdə 2 milyon 411 min dollar
dəyərində 6 493 ton kartof idxal olunub. Bu göstəricilər 2023-cü
ilin nəticələrindən xeyli aşağıdır (7.7 milyon dollar, 23 210
ton).
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415