Yanvar-mart aylarında Gürcüstana ən çox ziyarətçi – 187 700 nəfər – Rusiya Federasiyasından gəlib – Milli Statistika Xidməti
2025-ci ilin birinci rübündə Gürcüstan ərazisində qeydə alınan beynəlxalq qeyri-rezident səfərlərin sayı 1.3 milyon olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.1% çoxdur. Bu barədə Gürcüstanın Milli Statistika Xidməti tərəfindən yayımlanan məlumatda qeyd olunur.

Həmin məlumatlara əsasən, bu səfərlərin içərisində beynəlxalq ziyarətçilər tərəfindən həyata keçirilmiş səfərlərin sayı 1.2 milyon təşkil edib ki, bu
da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1.3% artım deməkdir.

2025-ci ilin yanvar-mart aylarında beynəlxalq ziyarətçilərin ümumi sayı isə 970.5 min nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.3% çoxdur.

“2025-ci ilin birinci rübündə ziyarətçilərin ən çoxu – 187.7 min nəfər – Rusiya Federasiyasından qeydə alınıb ki, bu da ümumi ziyarətçi sayının 19.3%-ni təşkil edir. İkinci yerdə 16.5%-lə Türkiyə, üçüncü yerdə isə 13%-lə Ermənistan qərarlaşıb.

Səfərlərin sayına gəldikdə isə, ən çox səfər Türkiyə (225.3 min), Rusiya Federasiyası (219.3 min) və Ermənistan (180.8 min) vətəndaşları tərəfindən həyata keçirilib”, - Milli Statistika Xidmətinin məlumatında deyilir.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google