Tsxinvalidəki işğalçı rejim bir şəxsi həbs edib. Onların iddiasına
görə,
həmin şəxs “Gürcüstanın xüsusi xidmət orqanlarına məxfi məlumat
ötürməkdə” təqsirləndirilir.
Osetiya bölgəsindəki qondarma "KQB" bildirir ki,
“51
yaşlı vətəndaş, dövlət müəssisəsinin əməkdaşı olmuş şəxs,
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti nümayəndələri ilə sabit
əlaqə saxlayır və onlara respublikada yerləşən Rusiya hərbi
kontingentləri, onların xüsusi hərbi əməliyyat zonasına
göndərilməsi, eləcə də Cənubi Osetiyadakı daxili siyasi vəziyyət
haqqında məlumat ötürürdü”.
2025-ci il aprelin 21-də Tsxinvali rejimi həmin şəxsin barəsində
Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 275-ci maddəsi – vətənə
xəyanət əsasında iş açıb.
Tsxinvali bildirir ki, saxlanılan şəxs “ittihamı etiraf edib”.
Qondarma rejimin açıqlamasına görə, Gürcüstanın təhlükəsizlik
xidməti ilə əməkdaşlıqda şübhəli bilinən daha 5 nəfər barəsində
istintaq hərəkətləri aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415