Ukraynaya qarşı müharibədə Rusiya tərəfində vuruşan 600-ə yaxın
Şimali Koreya əsgəri ölüb.
Bu barədə Cənubi Koreya parlamentinin üzvləri ölkənin milli
kəşfiyyat xidmətinin onlar üçün keçirdiyi brifinqdən sonra
bildiriblər.
"Reuters"in xəbərinə görə, parlamentarilər məlumat verib ki, Şimali
Koreya qüvvələri indiyədək ümumilikdə təxminən 4 min 700 itki verib
– bu rəqəmə həm ölənlər, həm də yaralananlar daxildir.
Deputat Li Son Kvonun sözlərinə görə, bu ilin əvvəlindən Rusiyada
olan qüvvələrdən təxminən 2 minə yaxın hərbi qulluqçu Şimali
Koreyaya qaytarılıb. Cənubi Koreya kəşfiyyatı Pxenyanın Rusiyadakı
kontingentinin 15 min hərbçidən ibarət olduğunu bildirir.
Cənubi Koreya kəşfiyyatı, hələlik, Şimali Koreya qoşunlarının yeni
qrupunun Rusiyaya göndərilməsinə dair hər hansı əlamət aşkar
etməyib, lakin bunun baş verə biləcəyini istisna etmir.
Şimali Koreya əsgərlərinin
Rusiya-Ukrayna savaşına qatıldığını təsdiqləyir
Şimali Koreya ilk dəfə olaraq öz əsgərlərini Ukrayna ilə müharibədə
iştirak etmək üçün Rusiyaya göndərdiyini rəsmən təsdiqləyib.
"Yonhap" agentliyi Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə
(KCNA) istinadən yazıb ki, Pxenyanın əsgər göndərməsi Şimali Koreya
lideri Kim Çen Inın əmri ilə və bu ölkənin Moskva ilə imzaladığı
qarşılıqlı müdafiə müqaviləsinə uyğun olaraq həyata keçirilib.
Şimali Koreyanın Mərkəzi Hərbi Komissiyasına istinad edən KCNA
agentliyi yazıb: "Ukrayna hakimiyyətinin Rusiya Federasiyasına
qarşı avantürist hücumunu dəf etmək və Kursk bölgəsini azad etmək
əməliyyatları uğurla başa çatıb".
Media Kim Çen Inın bu qərarı Rusiya ilə "dostluğu və həmrəyliyi
daha da gücləndirmək üçün müqəddəs bir missiya" kimi təsvir
etdiyini sitat gətirib.
Şimali Koreyanın dövlət mediası yazıb ki, Kim Çen In tezliklə
Pxenyanda "onların qəhrəmanlıq və şücaətini anan" bir abidənin
ucaldılacağını bildirib.
Rusiya Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə
iştirakını ilk dəfə aprelin 26-da təsdiqləyib. Rusiya Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov prezident Vladimir
Putinə Kurskdakı vəziyyətlə bağlı məruzə edib və qeyd edib ki,
"Şimali Koreya əsgərləri regionun azad edilməsində mühüm
yardım göstəriblər".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da
bildirib ki,
"Rusiya KXDR-dən olan dostlarını heç vaxt
unutmayacaq".
"Reuters" ABŞ Dövlət Departamentinin sözçüsünə istinadən xəbər
verib ki, Dövlət Departamenti Şimali Koreyanın müharibədə birbaşa
iştirakından narahatdır və Pxenyanı Rusiyaya hərbi yardımı
dayandırmağa çağırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415