Türkiyədən gətirilmiş 32 min kq pomidor geri qaytarılıb

Türkiyədən idxal edilən pomidorlar ixracatçı ölkəyə geri qaytarılıb.


Bu barədə məlumatı Gürcüstanın Gəlirlər Xidməti yayıb.

Qurumun açıqlamasına görə, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin "Sarpi" gömrük-keçid məntəqəsində Türkiyə Respublikasından gətirilmiş, ümumi çəkisi 32 039 kq olan iki partiya pomidor sərhəddə saxlanılıb.

Gəlirlər Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, sərhəd-karantin nəzarət prosedurları çərçivəsində məsul fitosanitar müfəttiş tərəfindən məhsulun yoxlanılması
zamanı pomidorlarda karantin zərərvericisinə – Tuta Absoluta (istixanada pomidorların mədəndəyişən güvəsi) xas izlər aşkarlanıb.

Bu səbəbdən, məhsulun ixracatçı ölkəyə geri qaytarılmasına qərar verilib.

Qeyd edək ki, Gürcüstana idxal edilən pomidorların 96%-i məhz Türkiyədən gəlir. Milli Statistika İdarəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında Gürcüstana ümumilikdə 7 522 ton (5.358 milyon ABŞ dolları) pomidor idxal olunub, bunun 7 224 tonu Türkiyədən gətirilib.

Daha dəqiq desək, pomidor idxal edən ölkələrin siyahısı belədir:
• Türkiyə – 7 224 ton (5.140 milyon ABŞ dolları)
• Azərbaycan – 235.21 ton (156.92 min ABŞ dolları)
• İran – 51.93 ton (36.37 min ABŞ dolları)
• İspaniya – 7.2 ton (14.87 min ABŞ dolları)
• Niderland – 3.05 ton (9.77 min ABŞ dolları)


Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google