Bu gün, mayın 6-da “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze
ölkənin beş regionuna
yeni dövlət nümayəndələri (qubernatorlar) təyin edib. Kvemo Kartli
regionunda da dəyişiklik baş verib – Qiorqi Doxturişvilini Levan
Xarabadze əvəz edib.
“İrakli Kobaxidze bu gün hökumət administrasiyasında
regional inkişaf naziri Kaxa Quledani ilə birlikdə yeni təyin
olunmuş dövlət nümayəndələri ilə görüş keçirib. Baş nazir regional
inkişafın xüsusi əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Regional
İnkişaf Nazirliyinin ayrıca struktur kimi yaradılması bu sahəyə
verilən prioritetin göstəricisidir”, – deyə "Gürcüstan
hökumətinin" yaydığı bəyanatda bildirilir.
Levan Xarabadze 2024-cü ildən etibarən Qori, Kaspi, Kareli və
Xaşuri bələdiyyələrində dövlət nümayəndəsi vəzifəsində çalışıb.
Onun Daxili İşlər Nazirliyində 20 illik iş təcrübəsi var.
2020–2021-ci illərdə Samtsxe-Cavaxeti Polis İdarəsinin,
2021–2024-cü illərdə isə Quria Polis İdarəsinin direktoru
vəzifələrində çalışıb.