Qardabani və Dmanisi bələdiyyələri Gürcüstanın Müstəqillik Günü ilə
bağlı tədbirlərin təşkili üçün tender elan ediblər.
Dmanisi meriyası həm 26 May – Müstəqillik Günü, həm də 1 İyun –
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlərin
təşkili üçün ümumi dəyəri
30 120 lari olan tender
keçirib.
Üç iştirakçı arasında keçirilən tenderin qalibi Manana Alborov
olub. Onunla imzalanan müqaviləyə əsasən, meriya bu tədbirlərin
həyata keçirilməsinə
24 097 lari xərcləyəcək.
Qardabani meriyası isə yalnız Müstəqillik Günü münasibətilə tədbir
təşkil etmək üçün
37 130 lari dəyərində tender
elan edib.
Tədbirin keçirilməsi çərçivəsində
Qamarcveba,
Kumisi/Teleti, Sartiçala, Martkopi, Axalsopeli, Vaziani, Norio və
Krtsanisi kəndlərindən nəqliyyat xidmətləri
göstərilməlidir. Proqrama solo ifaçının çıxışı, nağaraçıların şou
proqramı və atəşfəşanlıq daxildir.
Hazırda Kvemo Kartli bölgəsinin digər bələdiyyələri və
özünüidarəetmə şəhərləri 26 May münasibətilə tender elan
etməyiblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415