Sərhəd Polisi Banqladeş, Nigeriya və İran vətəndaşı olan 5 nəfəri saxlayıb – DİN

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşları tərəfindən birgə keçirilən tədbir nəticəsində Banqladeş,

Nigeriya və İran vətəndaşı olan ümumilikdə 5 nəfər saxlanılıb.

DİN-in məlumatına görə, müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanununa əsasən, ölkədə hüquqi əsas olmadan qalırdılar.

“Onlar sığınacaq prosedurlarında nəzərdə tutulmuş müddətlərdən sui-istifadə edərək illərlə ölkədə qanunsuz şəkildə qalırdılar. Saxlanılan şəxslər könüllü şəkildə ölkəni tərk etmək üçün verilmiş müddətdən istifadə etmədiklərinə görə, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti onların saxlanılması barədə qərar qəbul etdi.

Qərarın icrası məqsədilə, hazırda həmin şəxslər Miqrasiya Departamentinin Müvəqqəti Saxlanma Mərkəzinə yerləşdiriliblər və onların mənsub olduqları ölkələrə geri qaytarılması nəzərdə tutulur”,
– deyə DİN-in açıqlamasında qeyd olunur.

Mənbə: BM

 

Print Email
FaceBook Twitter Google