Həbsdə olan sabiq prezident Mixeil Saakaşvili, İrakli Kobaxidzenin
Donald Trampa və Cey Di Vensə göndərdiyi açıq məktuba münasibət
bildirib
və deyib ki, məktubun əsl adresat əslində Moskvadır.
Saakaşvilinin sözlərinə görə, “Gürcü Arzusu” 2012-ci ildən bəri
anti-Amerika kursu həyata keçirir və bunun əksini deyən ya yalan
danışır, ya da özünü aldadır.
O, Facebook-da yazıb:
“Bu günlərdə səslənən sadəlövh şərhlərə təəccüblənirəm
– guya Kobaxidze vasitəsilə İvanişvili Trampdan nəsə xahiş edir.
Əslində, İvanişviliyə Tramp administrasiyası münasibətlərin
normallaşdırılması üçün hansı şərtləri irəli sürdüyünü dəqiq bilir.
Bu şərtlər arasında bütün siyasi məhbusların azad edilməsi də
var.”
Saakaşvili əlavə edib:
“Əslində bu məktub Moskva üçün yazılıb və Trampa deyil,
Moskvaya ünvanlanıb. Diplomatik münasibətlərin bərpasına və
sonrasında Gürcüstanın tam ilhaqına hazırlıq
gedir.”
Qeyd edək ki, “Gürcü Arzusu” hökumətinin rəhbəri İrakli Kobaxidze
13 mayda Facebook səhifəsində ABŞ-ın keçmiş prezidenti Donald
Trampa və vitse-prezident Cey Di Vensə açıq məktub ünvanlayıb.
Kobaxidze məktubda bildirir ki:
- “Gürcüstan regionumuzda ABŞ-ın ən etibarlı
tərəfdaşıdır”;
- “Tramp administrasiyasının Gürcüstanla bağlı
səssizliyini izah edə bilmirik”;
- “Gürcü Arzusu” komandasının üzvlərinə tətbiq olunan
sanksiyaları “anlaşılmaz” adlandırır;
- ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul
edilən “Dostluq Aktı”nı isə “absurd qanun”
adlandırır.
Saakaşvili həmçinin 13 mayda da bu məktuba münasibət bildirərək
yazıb:
“Bu, siyasi rəqibləri, o cümlədən postsovet məkanında Donald
Trampın yeganə şəxsi dostunu, haqsız yerə həbsdə məhv edən
diktaturadır.”
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415