Gürcüstan Avroviziya finalına keçə bilməyib
Gürcüstanın təmsilçisi Mariam Şenqelia Avroviziya Mahnı Müsabiqəsinin finalına keçə bilmədi – o, İsveçrədə keçirilən yarışmanı birinci mərhələdə, yarımfinalda tərk edib.

Mariam Şenqelia “Freedom” adlı gürcü və ingilis dillərində ifa etdiyi mahnı ilə çıxış edib. Səhnədə onu “Erisioni” ansamblının dörd üzvü ağ bayraqlarla “Xorumi” rəqsi ilə müşayiət edirdi.

Yarışmada 37 ölkə iştirak edir.

Birinci yarımfinal 13 mayda, ikinci isə 15 mayda keçirildi.

Qaydalarına görə, finala keçənləri münsiflər heyəti deyil, tamaşaçılar müəyyən edir.
Finala keçənlər:

Birbaşa finalda olanlar:
  • İsveçrə (ev sahibi)
  • “Böyük beşlik”: Fransa, Almaniya, İtaliya, İspaniya, Birləşmiş Krallıq
Birinci yarımfinaldan:
  • Albaniya
  • Estoniya
  • İslandiya
  • Niderland
  • Norveç
  • Polşa
  • Portuqaliya
  • San-Marino
  • İsveç
  • Ukrayna
İkinci yarımfinaldan:
  • Litva
  • İsrail
  • Ermənistan
  • Danimarka
  • Avstriya
  • Lüksemburq
  • Finlandiya
  • Yunanıstan
  • Malta
  • Avstraliya
Gürcüstanın təqdim etdiyi mahnının bəstəkarı Keti Qabisiani, söz müəllifi isə Buka Kartozia idi.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google