Gürcüstan Prokurorluğu 27 yaşlı Beka Onianiyə hücum və sağlamlığa
qəsdən ağır xəsarət yetirmə faktı üzrə bir nəfərə qarşı ittiham
irəli sürüb.
Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Daxili İşlər
Nazirliyinin apardığı istintaqla müəyyən olunub:
16 may tarixində Tbilisidə, Yeni İdman Sarayının yaxınlığında,
təqsirləndirilən şəxs Beka Onianini dəfələrlə vurub, nəticədə
Oniani yerə yıxılıb və baş nahiyəsindən həyat üçün təhlükəli
xəsarət alıb.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi 18 may tarixində
saxlayıblar.
Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci
bəndi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham irəli
sürülüb. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə
tutur.
Prokurorluq məhkəməyə təqsirləndirilən şəxsin barəsində həbs
qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təqdim edəcək.
Beka Onianiyə hücum barədə ilk məlumatı “Formula” televiziya kanalı
yayıb. Ailəsinin verdiyi məlumata görə, ona təcili cərrahiyyə
əməliyyatı aparılıb.
Media zərərçəkənin anası Nino Şermadini sitat gətirərək bildirib
ki, münaqişə zaldaxili futbol (futsal) oyununda digər oyunçular
arasında başlayıb.
“Oğlum ‘Dinamo’ futsal komandasının oyunçusudur, dünən TSU
komandası ilə oyunları var idi”, – deyə ana bildirib.
Onun sözlərinə görə, 16 may axşamı sözlü insident tezliklə başa
çatıb, lakin oyundan sonra Beka Oniani avtodayanacaqda rəqib
komandanın üzvü ilə qarşılaşıb və həmin şəxs ehtimal ki, küt alətlə
onun başına zərbə endirib.
“Bildiyim qədər, kamerada görünür ki, həmin şəxs yaxınlaşır və
yumruqla vurur... Travma elə ciddidir ki, sadəcə yumruqla bu qədər
zədə vermək mümkün olmazdı”, – deyə ana bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415