Xüsusi İstintaq Xidməti Prokurorluğa birləşdiriləcək – xidmətin
mətbuat xidmətindən “Publika”ya bildiriblər ki,
təşəbbüs parlamentin Büro iclasına təqdim edildikdən sonra
dəyişikliklərlə bağlı əlavə detallar ictimaiyyətə açıqlanacaq.
“Xüsusi İstintaq Xidməti Prokurorluğa birləşdiriləcək.
İctimaiyyətə əlavə detallar Gürcüstan Parlamentinin Büro iclasına
qanunvericilik təşəbbüsü təqdim edildikdən və dəyişikliklərin
zəruriliyi və formaları ətraflı şəkildə izah edildikdən sonra məlum
olacaq”, – deyə Xüsusi İstintaq Xidmətindən
bildirilib.
Xüsusi İstintaq Xidməti 2022-ci ilin 1 martında fəaliyyətə
başlayıb. Bu, Gürcüstan və Avropa İttifaqı arasında imzalanmış
2017–2020-ci illəri əhatə edən Assosiasiya gündəliyi çərçivəsində
ölkənin götürdüyü öhdəliyə əsaslanırdı. Məqsəd beynəlxalq
öhdəliklərə uyğun olaraq, qeyri-insani rəftarla mübarizə üçün
effektiv islahatların həyata keçirilməsi idi.
Etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin müxtəlif
bölmələrinin əməkdaşları 300-dən çox insana qarşı fiziki zorakılıq
tətbiq etmişdi. Bir çox aksiya iştirakçısı beyin silkələnməsi və
müxtəlif xəsarətlər almışdı. Buna baxmayaraq, Xüsusi İstintaq
Xidməti tərəfindən bir nəfər belə günahkar polis əməkdaşı
cəzalandırılmayıb.
Aprelin 10-da Böyük Britaniya Xüsusi İstintaq Xidmətinin rəhbəri
Koka Katsitadzeni maliyyə sanksiyaları ilə cəzalandırdı – bəyanata
əsasən, o, insanlara qarşı qəddar, qeyri-insani və ya alçaldıcı
rəftara bərabər olan halları araşdırmağa cavabdeh idi, lakin bu
məsuliyyətini ya bilərəkdən, ya da səhlənkarlıq nəticəsində yerinə
yetirmədi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415