Avtomobil Yolları Departamentinin sədri vəzifəsinə Levan Daraxvelidze təyin edilib
Bu barədə məlumatı Gürcüstanın Avtomobil Yolları Departamenti yayıb.

Məlumata görə, Levan Daraxvelidzenin dövlət və özəl sektorda uzunillik iş təcrübəsi var.

“Müxtəlif illərdə Tbilisi Bələdiyyə Məclisinin üzvü, Bələdiyyə Məclisinin İqtisadi İnkişaf, İnvestisiya Siyasəti və Beynəlxalq Əlaqələr Komissiyasının sədri, Əmlak İdarəetməsi və Maliyyə-Büdcə Komissiyasının üzvü, Samqori rayonundan majoritar deputat olub.

Həmçinin müxtəlif kommersiya təşkilatlarında baş direktor və kommersiya direktoru vəzifələrini tutub. Gürcüstan Təhsil və Peşə Təhsili Fondunun üzvü olub.

Levan Daraxvelidze ixtisasca mühəndisdir. Rus və ingilis dillərini bilir. 1970-ci il avqustun 17-də Tbilisi şəhərində anadan olub”,
– deyə məlumatda bildirilir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google