Avrointeqrasiya yönümlü aksiyaların fəal iştirakçısı olan Laşa
Qabitaşvilinin Gürcüstan vətəndaşlığına son verildi. Rəsmi səbəb
kimi ikili vətəndaşlıq göstərilir
– Qabitaşvili İsrail pasportunu həyat yoldaşı ilə evləndikdən sonra
alıb, Gürcüstan vətəndaşlığını saxlamaq üçün isə bu ilin fevralında
Ədliyyə Nazirliyinə müraciət edib.
Laşa Qabitaşvili ictimaiyyətə Əbu-Dabidə “Gürcü Arzusu”nun üzvləri
ilə baş verən insidentdən sonra tanınmağa başladı. Həmin hadisədə
Viktor Sanikidze və İrakli Zarkua onu fiziki zorakılığa məruz
qoymuşdular.
“Mən sizinlə ‘Gürcü Arzusu’nun daha bir mənfur qərarını
bölüşmək istəyirəm: onlar mənim Gürcüstan vətəndaşlığımı əlimdən
aldılar, baxmayaraq ki, mən Gürcüstanda doğulmuşam, böyümüşəm və
bütün həyatımı burada yaşamış və fəaliyyət göstərmişəm. Ədliyyə Evi
vətəndaşlığın uzadılmaması barədə qərar qəbul etdi”,
– deyə Laşa Qabitaşvili bildirib.
O, Gürcüstan vətəndaşlığını geri qaytarmaq üçün hüquqi mübarizə
aparacağını deyir:
“Mən Gürcüstan vətəndaşlığından imtina etməmişəm,
əksinə, dedim ki, onu saxlamaq istəyirəm. Amma təəssüf ki, onlar
mənə imtina cavabı verdilər və vətəndaşlığımı əlimdən
aldılar.”
Azadlıq Radiosu bu məsələ ilə bağlı Gürcüstan Ədliyyə Nazirliyinə
müraciət edib, cavab verildiyi halda məqalə yenilənəcək.
Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi saytında qeyd olunur ki,
“başqa ölkənin vətəndaşlığını alan şəxs həmin ölkənin
vətəndaşlığını əldə etməzdən əvvəl Gürcüstan dövlətindən Gürcüstan
vətəndaşlığını saxlamaq üçün razılıq alarsa, Gürcüstan
vətəndaşlığını saxlaya bilər”.
Radio Azadlığın məlumatına görə, Laşa Qabitashvili artıq İsrail
pasportunu əldə etmişdi ki, bu halda Gürcüstan vətəndaşlığını
saxlamaq üçün etdiyi müraciət rədd olunub.
2024-cü ilin yazında “agentlər haqqında qanun”un qəbul olunması və
payızın sonunda “Gürcü Arzusu”nun Avropa İttifaqına üzvlük
danışıqlarının 2028-ci ilə qədər gündəmdə olmayacağını bəyan etməsi
ictimai narazılığa səbəb olub. Etirazçılardan bəziləri bu
partiyanın üzvlərinə “qullar” deyə müraciət edirdi.
Həmin şəxslərdən biri də Laşa Qabitaşvili idi – o, yanvarın 12-də
Əbu-Dabidə səfərdə olan “Gürcü Arzusu” üzvləri ilə qarşılaşıb və
onlara “qul” deyib. Ertəsi gün, yanvarın 13-də, Əbu-Dabidəki
“Redison” otelinin restoranında həmin partiyanın üzvləri ona hücum
ediblər.
Bir neçə həftə sonra Gürcüstana qayıdan Laşa Qabitaşviliyə yaşadığı
evin yaxınlığında üzlərini gizlətmiş naməlum şəxslər hücum
ediblər.
“Əbu-Dabidə özləri edə bilmədiklərini yerinə yetirmək
üçün icraçılar göndərdilər. Onlar bizi qorxutmaq istəyirlər, amma
qorxuda bilməyəcəklər”, – deyə o vaxt Qabitaşvili
bildirib və hücumu “Gürcü Arzusu” ilə əlaqələndirib.
Hazırda mətbuata polis tərəfindən Laşa Qabitaşviliyə hücum
edənlərin saxlanıb-saxlanılmadığı məlum deyil.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415