Külli miqdarda narkotik vasitə müsadirə edilib – 5 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Mərkəzi Kriminal Polis Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları narkotik cinayəti ittihamı ilə 5 nəfəri saxlayıblar.

Qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması, satışa cəhd, o cümlədən yeni psixoaktiv maddənin qanunsuz satışına cəhd və qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuananın əldə edilməsi və saxlanması ittihamı ilə həbs edilən şəxslər – 1998-ci il təvəllüdlü A.B., 1985-ci il təvəllüdlü S.M., 1969-cu il təvəllüdlü İ.Ş. və əvvəllər məhkum edilmiş 1980-ci il təvəllüdlü M.E. və 1982-ci il təvəllüdlü İ.A.

{{AUDIO}}

Cinayətlərə görə 20 ilədək həbs cəzası nəzərdə tutulur.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi əşyalarına, nəqliyyat vasitələrinə və mənzillərinə, habelə göstərdikləri yerlərdə axtarışlar nəticəsində maddi sübut kimi xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr götürüblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qablaşdırılması üçün zəruri olan materiallar maddi sübut kimi götürülüb”,
– məlumatda deyilir.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 260-cı, 18-260-cı, 19-260-cı və 173-prima maddələri ilə aparılır.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google